Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir FOTOLAR

Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 29-da ATO Konqres Mərkəzində XXI Ankara Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, təhsil, mədəniyyət sahəsinin təmsilçiləri iştirak ediblər. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, XXI Ankara Kitab Sərgisi Təşkilat komitəsi və "Eylül Fuarcılık" qurumunun rəhbəri Remzi Çayır çıxış edərək sərgi haqqında məlumat verib, onun əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək ilk dəfə olaraq Azərbaycanın Ankara Beynəlxalq Kitab Sərgisinin "Fəxri qonaq ölkəsi" seçilməsinə görə Təşkilat komitəsinə təşəkkürünü bildirib.
Sərginin fəxri qonaqları Türkiyəli alim Kamal Sayar və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov kitab və mütaliənin əhəmiyyətindən, qardaş ölkələrin ədəbi-mədəni əlaqələrindən bəhs ediblər. Sonra Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəqs və musiqi nömrələri təqdim olunub.
Daha sonra sərgi məkanında Azərbaycan stendinin açılışı keçirilib. Milli stendimiz Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Stendin ziyarətçiləri Azərbaycanın aparıcı nəşriyyatlarının çap etdiyi ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyət və ədəbiyyatına dair çap nümunələri ilə tanış olublar.
Dekabrın 8-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan stendində çoxsaylı tədbirlərin, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə türk dilində çap olunmuş Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin təqdimatları planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri