Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir FOTO

Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir FOTO

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Noyabrın 29-da ATO Konqres Mərkəzində XXI Ankara Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, təhsil, mədəniyyət sahəsinin təmsilçiləri iştirak ediblər. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, XXI Ankara Kitab Sərgisi Təşkilat komitəsi və "Eylül Fuarcılık" qurumunun rəhbəri Remzi Çayır çıxış edərək sərgi haqqında məlumat verib, onun əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək ilk dəfə olaraq Azərbaycanın Ankara Beynəlxalq Kitab Sərgisinin "Fəxri qonaq ölkəsi" seçilməsinə görə Təşkilat komitəsinə təşəkkürünü bildirib.
Sərginin fəxri qonaqları Türkiyəli alim Kamal Sayar və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov kitab və mütaliənin əhəmiyyətindən, qardaş ölkələrin ədəbi-mədəni əlaqələrindən bəhs ediblər. Sonra Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəqs və musiqi nömrələri təqdim olunub.
Daha sonra sərgi məkanında Azərbaycan stendinin açılışı keçirilib. Milli stendimiz Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Stendin ziyarətçiləri Azərbaycanın aparıcı nəşriyyatlarının çap etdiyi ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyət və ədəbiyyatına dair çap nümunələri ilə tanış olublar.
Dekabrın 8-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan stendində çoxsaylı tədbirlərin, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə türk dilində çap olunmuş Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin təqdimatları planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see164

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see143

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see139

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri