Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq siyasi proseslərin formalaşmasında iştirak edən dövlətlər sırasındadır RƏY

Azərbaycan beynəlxalq siyasi proseslərin formalaşmasında iştirak edən dövlətlər sırasındadır RƏY

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 yanvar, AZƏRTAC

2026-cı ilin Davos İqtisadi Forumu Azərbaycan üçün istisnasız olaraq geosiyasi və geoiqtisadi proseslərin kəsişdiyi, strateji dönüşlərin sinxronlaşdığı mühüm mərhələ kimi yadda qalacaq. Qlobal qeyri-müəyyənliyin artdığı, enerji və nəqliyyat marşrutlarının yenidən dizayn edildiyi bir dövrdə Azərbaycanın Davos platformasında nümayiş etdirdiyi mövqe ölkənin artıq regional çərçivələri aşan mühüm və balanslaşdırıcı aktor kimi çıxış etdiyini açıq şəkildə göstərir. Prezident İlham Əliyevin Davosdakı çıxış və görüşlərində səsləndirdiyi əsas mesajlar isə Azərbaycanın baxış bucağının və siyasətinin etibarlı tranzit ölkəsi, məsuliyyətli enerji tərəfdaşı, sülh və rifahı təşviq edən dövlət konsepsiyası üzərində qurulduğunu bir daha təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan artıq uzun illərdir ki, dünyada öz üzərinə götürdüyü öhdəlikləri istənilən geosiyasi şəraitdə yerinə yetirən nadir dövlətlərdən biri kimi qəbul olunur və bu reputasiya siyasi bəyanatlarla deyil, konkret nəticələrlə təsdiqlənir. Məhz bu xüsusda Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, Azərbaycanın etibarlılığını strateji üstünlüyə çevirən əsas geoiqtisadi alət kimi ön plana çıxır. Zəngəzur dəhlizinin açılması prosesinin əhəmiyyəti ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu xətt Orta Dəhlizin güclənməsinə, Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsinə, Xəzər hövzəsinin Avropa bazarlarına birbaşa çıxış imkanlarının genişlənməsinə və bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edən çoxşaxəli geoiqtisadi nəticələr vəd edir. Bu mənada Azərbaycan yalnız enerji ixracatçısı deyil, logistika, rəqəmsal kommunikasiyalar və yaşıl keçid sahələrində regional mərkəz rolunu formalaşdırmağa başlayıb.

Davos mesajlarının prinsipial məqamları

E.Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Davosdakı mesajlarının məntiqi xətti bir neçə prinsipial məqamı ön plana çıxarır: “Azərbaycanın mövqeyinə görə sülh gündəliyi alternativsizdir, lakin o, mütləq real layihələrə söykənməlidir. Zəngəzur dəhlizi təzyiq aləti deyil, regional inkişaf və təhlükəsizlik mexanizmidir. Azərbaycan bölgəni kənar güc mərkəzlərinin rəqabət meydanına çevirmək niyyətində deyil və buna imkan verməyəcək. Həmçinin enerji və nəqliyyat təhlükəsizliyi artıq təkcə milli yox, qlobal məsələdir. Cənubi Qafqaz isə qeyri-müəyyənlik zonası yox, proqnozlaşdırılan və idarə olunan təhlükəsiz gələcək məkanıdır. Bütövlükdə isə, Davos Forumu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji ardıcıllığa əsaslandığını bir daha nümayiş etdirir. Bu ardıcıllığın simvolu kimi Zəngəzur dəhlizi artıq sadəcə yol deyil, dövlətlərarası etimad xətti, siyasi iradənin və regional baxışın reallığa çevrilməkdə olan formasıdır”.

Deputat Davosun tarixi əhəmiyyətini artıran əsas məqamlardan birinin də Forum çərçivəsində Sülh Şurasının təsis edilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu təşəbbüs klassik beynəlxalq institutların səmərəliliyinin azaldığı bir şəraitdə daha çevik, dialoqa əsaslanan və siyasi iradəni ön plana çıxaran alternativ platforma kimi təqdim olunur: “Azərbaycanın bu Şuraya qurucu üzv qismində daxil olması isə təsadüfi deyil. Bu addım ölkəmizin artıq yalnız regional təhlükəsizlik məsələlərində deyil, qlobal sülh gündəliyində də məsuliyyət daşıyan aktor kimi qəbul edildiyini göstərir. Sülh Şurasında təmsilçilik Azərbaycana beynəlxalq platformalarda daha çevik iştirak etmək, regional təşəbbüslərini qlobal kontekstə çıxarmaq və öz sülh modelini beynəlxalq auditoriyaya təqdim etmək üçün yeni diplomatik imkanlar açır. Bu baxımdan, Azərbaycanın qurucu üzv statusu həm siyasi məsuliyyətin, həm də beynəlxalq etimadın ifadəsi kimi dəyərləndirilə bilər”.

Yeni geosiyasi çağırışlar ətrafında aparılan Azərbaycan-ABŞ müzakirələri

Deputat vurğulayıb ki, Forumun əhəmiyyətini artıran digər mühüm məqam Azərbaycan və ABŞ prezidentləri arasında geniş tərkibdə keçirilən görüş və bu görüş zamanı qarşılıqlı etimadı ifadə edən mesajların səsləndirilməsidir. Bu təmas ikitərəfli münasibətlərin strateji dialoq müstəvisində davam etdiyini nümayiş etdirməklə yanaşı, sülh təşəbbüsləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və yeni geosiyasi çağırışlar ətrafında aparılan müzakirələrlə Azərbaycanın qlobal gündəlikdə aktiv iştirakçıya çevrildiyini göstərir.

“Bu dialoq eyni zamanda onu da təsdiqləyir ki, Davos artıq qapalı iqtisadi klub deyil və forum Prezident İlham Əliyev kimi güclü liderlərin təşəbbüsü ilə qlobal siyasi münasibətlərin formalaşdığı və yeni güc balanslarının müzakirə edildiyi məkana çevrilib. Azərbaycanın bu platformada təşəbbüskar və mövqeyi olan aktor kimi çıxış etməsi ölkənin xarici siyasət kursunun məntiqi davamı kimi də qiymətləndirilə bilər. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və sülh təşəbbüsləri sahəsində ortaya qoyulan praktiki nəticələr Azərbaycanı beynəlxalq tərəfdaşlar üçün etibarlı və proqnozlaşdırılan subyektə çevirir”, -deyə E.Mirzəbəyli əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri