Icma.az
close
up
RU
Soyuqdəymə boğazdan başlamır: Virusun haradan döyüşə keçdiyi AÇIQLANDI

Soyuqdəymə boğazdan başlamır: Virusun haradan döyüşə keçdiyi AÇIQLANDI

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanın tənəffüs orqanları orqanizmin soyuqdəyməyə səbəb olan viruslara qarşı mübarizə aparmasına kömək edən özünəməxsus qoruyucu mexanizmlərə malikdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, burun keçidləri ilkin müdafiə xəttində əvvəl düşünüldüyündən qat-qat daha aktiv rol oynayır. Alimlər müəyyən ediblər ki, burun boşluğu təkcə hissəciklər və mikroblar üçün filtr rolunu oynamır, eyni zamanda virusların tənəffüs yollarının daha dərin hissələrinə keçməsindən əvvəl onları cilovlaya bilən immun cavabın işə düşdüyü əsas məkandır.

Tədqiqatda könüllülər iştirak edib və onların burun boşluğuna adi soyuqdəyməyə səbəb olan viruslara bənzər kiçik dozada viruslar yeridilib. Alimlər burun seliyində, epitel hüceyrələrində və burun boşluğunda mövcud olan immun sisteminə aid molekullarda baş verən dəyişiklikləri müşahidə ediblər.

Nəticədə yoluxmanın ilkin mərhələsində virusların effektiv şəkildə çoxalmasına və orqanizmdə daha irəliləməsinə mane olan çoxsaylı qoruyucu molekul və zülalların aktivləşdiyi aşkar olunub. Bunlara virusları sıxışdırmaq üçün hüceyrələr tərəfindən istehsal olunan xüsusi zülallar – interferonlar, eləcə də immun sisteminin digər siqnal molekulları daxildir. Əsas kəşflərdən biri burun keçidlərində yaranan immun cavabın müxtəlif viruslar üçün spesifik ola bilməsidir.

Bu o deməkdir ki, selikli qişanın hüceyrələri müəyyən patogenləri “tanıya” bilir və onlara qarşı ən effektiv olan molekulları daha tez işə salır. Bu lokal cavab infeksiyanın ağciyərlərə və tənəffüs sisteminin digər hissələrinə yayılmasının qarşısını alan bir maneə kimi fəaliyyət göstərir.

Bu, bəzi insanların virusla təmasda olmasına baxmayaraq soyuqdəyməni daha yüngül keçirməsinin və ya ümumiyyətlə heç bir simptom hiss etməməsinin səbəblərindən biri ola bilər. Burun boşluğunda güclü lokal immun cavab virusun erkən mərhələdə çoxalmasını məhdudlaşdıra və onun daha ağır infeksiyaya çevrilməsinə imkan verməyə bilər.

Bu nəticələr həmçinin burun boşluğunun gigiyenasına dair adi tədbirlərin məsələn, duzlu məhlulla burunun yuyulmasının niyə simptomların yaranma ehtimalını azaltdığını və ya onların ağırlığını yüngülləşdirdiyini izah edir.

Burun keçidlərinin təmizlənməsi virusların bir hissəsinin uzaqlaşdırılmasına və yerli müdafiə mexanizmlərinin optimal şəkildə işləməsi üçün əlverişli şəraitin qorunmasına kömək edir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri