Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr BTİ-nin Baş katibi Doreen Bogdan-Martin ilə görüşdə baş tutub.
"Təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu gün COP29 çərçivəsində birgə keçirdiyimiz Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyini vurğuladıq. Növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















