Icma.az
close
up
RU
İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır. Lakin İngiltərədəki Kembric Universitetində aparılan yeni araşdırma bu mexanizmin bəzi viruslara qarşı təsirli olmaya biləcəyini göstərir.

Qaynarinfo xəbər verir ki, insan qripi virusları əsasən yuxarı tənəffüs yollarında - burun və boğaz bölgəsində - çoxalır. Burada temperatur təxminən 33 dərəcə olur. Qızdırma zamanı temperatur 41 dərəcəyə qədər yüksələ və virusun çoxalmasını ləngidə bilir.

Quş qripi virusları isə adətən quşların alt tənəffüs yollarında və bəzən bağırsaqlarında çoxalır. Bu bölgələrin təbii temperaturu 40–42 dərəcə olduğundan, virusun insan bədəninin qızdırma yolu ilə yaratdığı temperatur artışına qarşı davamlı olması ehtimal edilir. Bu da onun insanlarda ağır xəstəliklərə yol açmasının səbəblərindən biri hesab olunur.

Yədqiqatdan alınan nəticələr təəccübləndirdi

Kembric Universitetində aparılan təcrübədə siçanlar genetik quruluşu insan və ya quş qripi virusuna bənzər şəkildə dəyişdirilmiş PR8 qrip virusu ilə yoluxduruldu və 41 dərəcə temperaturda saxlanılıb.

Nəticələr göstərib ki, insan mənşəli virusa bənzər virusla yoluxdurulan siçanlarda virusun çoxalması çətinləşib və ciddi xəstəlik əlamətləri görünməyib. Lakin quş qripinə bənzər virusla yoluxdurulan siçanlarda xəstəlik yüksək temperatura baxmayaraq sürətlə irəliləyib.

Araşdırmanın rəhbəri, molekulyar virusoloq doktor Sam Uilson bunları bildirib: "İnsanlarda quş qripinə yoluxma nadirdir, lakin hər il onlarla hadisə qeydə alınır. Quş qripi viruslarının niyə insanlarda ağır xəstəliklərə səbəb olduğunu anlamaq, nəzarət və pandemiya hazırlığı baxımından çox önəmlidir".

Virusun yüksək ölümcül ştammları diqqət çəkilir

Quş qripi viruslarının insanlarda tarixi ölüm nisbəti yüksəkdir. Xüsusilə H5N1 ştammı insanlarda 40 faizdən çox ölüm göstəricisi ilə tanınır. Uilson bunun gələcək pandemiya riskinin qiymətləndirilməsi üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Araşdırma ABŞ-da daha əvvəl insanlarda görülməmiş quş qripi növünə yoluxaraq həyatını itirən şəxs barədə xəbərlərin ardından aktuallaşıb. Bu hadisə ABŞ-da qeydə alınan ikinci quş qripi ölümüdür.

2022-ci ilin yanvarından bəri ölkədə 71 insanda quş qripi təsdiqlənib; onların əksəriyyəti H5N1 ilə yoluxub. Mütəxəssislər xüsusən virus daşıyan ev quşları və süd inəkləri ilə təmasın riski artırdığını bildirir.

"Bu araşdırma daha təhlükəli ştammların müəyyən edilməsinə kömək edə bilər"

Araşdırmanın baş müəllifi, Qlazqo Universitetindən virusoloq doktor Mett Törnbol bildirib: "Quş qripi növlərini və potensial epidemiyaları izləmək hazırlıq prosesində həlledici əhəmiyyət daşıyır. Virusların qızdırmaya davamlılığını anlamaq daha təhlükəli ştammları müəyyənləşdirməyə kömək edə bilər".

Müalicə strategiyalarının yenidən dəyərləndirilməsi lazım ola bilər

Alimlər əldə edilən nəticələrin quş qripinin müalicəsinə təsir göstərə biləcəyini qeyd edir. Araşdırma qızdırmanın hər infeksiyada faydalı olmadığını göstərir və quş qripi xəstələrinin müalicəsində qızdırmasalıcı tətbiqlərin rolunun yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur.

İnsan orqanizmi yüksək temperatur sayəsində virusların çoxalması üçün vacib olan bəzi zülalları təsirsiz hala gətirir, lakin quş qripi virusları bu müdafiəyə qarşı davamlı ola bilir.

Köç edən quşlar virusu yeni ərazilərə daşıya bilər

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmiləri quş qripinin insanlara keçmə riskinin aşağı olduğunu bildirir. Ancaq ekspertlər payız mövsümündə miqrasiya edən vəhşi quşların virusu yeni bölgələrə daşıma ehtimalına xüsusi diqqət yönəldir.

2022-ci ildən bu yana ABŞ-da 174 milyon quşda quş qripi aşkarlanıb, 1.000-dən çox süd inəyi sürüsü təsirlənib. 2025-ci ildə ölkə üzrə 7 milyon fermada bəslənən quş virusa məruz qalıb; onların 1,3 milyonu hindidir.

Yeni bir pandemiyaya yol aça bilər

Mütəxəssislər quş qripinin insana keçməsi və insanlar arasında yoluxucu hala gəlməsi halında yeni pandemiyaya səbəb ola biləcəyini xəbərdar edir. COVID-19 pandemiyası belə bir ssenarinin mümkün nəticələrini göz önünə sərir.

Alimlər virusların qızdırmaya davamlılığının və insanlarda niyə ağır xəstəliklər yaratdığının anlaşılmasının gələcək epidemiya və pandemiya hazırlığında kritik rol oynadığını vurğulayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri