Icma.az
close
up
RU
Azərbaycan Çin ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib

Azərbaycan Çin ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan və Çinin "PowerChina Resources Ltd" şirkəti arasında günəş və külək enerjisi layihələrinin inkişafı müzakirə edilib.
Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov və şirkətin sədri Zhong Haixiang ilə görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması və enerji sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel və sentyabr aylarında Çinə səfərlərinin mühüm rolu vurğulanıb. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi qeyd olunub.
"PowerChina Resources Ltd" şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası, həmçinin 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrasının mövcud vəziyyəti müzakirə edilib. Layihələrin inkişaf perspektivləri şəbəkəyə inteqrasiya və ixrac imkanları çərçivəsində qiymətləndirilib. Hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əlavə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatlarının aparılması, həmçinin Türkiyə və Avropa istiqamətlərində enerji interkonnektorlarının qurulması barədə məlumatlar diqqətə çatdırılıb.
"PowerChina Resources Ltd" şirkətinin sədri Zhong Haixiang bildirib ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və şirkət yeni investisiya layihələrinə maraq göstərir. Görüş zamanı bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri