Azərbaycan beynəlxalq təşkilatlara bu qədər üzvlük haqqı ödəyir RƏQƏMLƏR
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan 2024-cü ildə beynəlxalq və regional təşkilatlara 16,5 milyon manat üzvlük haqqı ödəyib.
Modern.az-ın xəbərinə görə, bu məlumat ötən ilin büdcəsinin icrası haqqında hesabatda öz əksini tapıb.
Məlumata görə, ən çox üzvlük haqqı BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara ödənilib - 5.4 milyon manat.
Digər təşkilatlara gəlincə, İslаm Əməkdaşlıq Təşkilatı və оnun qurumlаrına 1,3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilаtlаrına 1,2 milyon manat üzvlük haqqı verilib.
Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara isə ümumilikdə 8,6 milyon manat ödənilib.
Beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakla bağlı öhdəliklər üçün (Asiya İnkişaf Bankına 1,6 milyon manat, İslam İnkişaf Bankına 1,3 milyon manat, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) 2,0 milyon manat) 4,9 milyon manat vəsait istifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















