Icma.az
close
up
RU
Azərbaycan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyini təkmilləşdirir

Azərbaycan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyini təkmilləşdirir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. 

525.az xəbər verir ki, bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

İclasda bildirilib ki, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"nın 2.1-ci bəndində milli akkreditasiya qurumunun ISO/IEC17011 beynəlxalq standartın tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi və qarşılıqlı tanınma sazişlərinin bağlanılması nəzərdə tutulub. Həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu - Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) tamhüquqlu üzv qəbul edilib.

Qeyd olunan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti yaranıb. Müvafiq qanun layihəsinə əsasən, uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir, bununla əlaqədar qanuna yeni anlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavə edilir, eləcə də uyğunlaşdırılma çərçivəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" və "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının qanunlarında düzəlişlər təklif olunur.

Qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see184

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see168

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see155

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see153

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see151

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see147

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see137

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see127

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see127

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see126

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see123

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see122

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri