Icma.az
close
up
RU
Azərbaycan BMT əlaqələri dinamik inkişafa malikdir

Azərbaycan BMT əlaqələri dinamik inkişafa malikdir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qurumla ölkəmiz arasında çoxşaxəli münasibətlər mövcuddur

Azərbaycanın yürütdüyü xarici siyasət kursu rəngarəngliyi və qətiyyəti ilə beynəlxalq aləmdə nümunəvi istiqamətlərdən biri kimi dəyərləndirilir. Ölkəmizin həm regional, həm də qlobal miqyasda qazandığı uğurlar təsadüfi deyil - məhz uzun illərin düşünülmüş, balanslaşdırılmış və milli maraqlara söykənən siyasətinin nəticəsidir. Azərbaycanın xarici siyasət fəlsəfəsi hər zaman qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik üzərində qurulub. Bu yanaşma təkcə ikitərəfli münasibətlərdə deyil, eyni zamanda çoxtərəfli diplomatik platformalarda da özünü qabarıq şəkildə göstərir.

Bu mənada, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun ən mühüm hədəflərindən biri kimi çıxış edir. Qlobal dünyada baş verən proseslərə milli maraqlar kontekstində təsir göstərmək, beynəlxalq arenada söz sahibi olmaq, ölkəmizin mövqelərini qorumaq və gücləndirmək məhz beynəlxalq aləmlə sıx işbirliyindən keçir. Azərbaycan daim beynəlxalq qurumlarla əməkdaşlıqda aktiv və prinsipial mövqe sərgiləyib. Bu fəallıq sayəsində ölkəmiz həm beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunub, həm də dünya birliyinin sülh və sabitlik istiqamətində atdığı addımlara real töhfələr verib.

Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti sadəcə formal iştirakla məhdudlaşmayıb. Əksinə, ölkəmiz təşəbbüskar mövqe nümayiş etdirərək qlobal təhlükəsizliyin qorunması, beynəlxalq terrorizmə qarşı mübarizə, miqrasiya problemlərinin həlli, humanitar əməkdaşlıq, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Xüsusilə, Azərbaycanın ədalətli və balanslı mövqeyi beynəlxalq aləmdə yüksək rəğbətlə qarşılanır. Çünki Bakı heç bir zaman birtərəfli maraqlara xidmət edən siyasət yürütməyib, əksinə, ümumbəşəri dəyərlərin və beynəlxalq hüququn qorunmasına üstünlük verib.

Nyu-Yorkda görüş...

Məhz bu fəallıq fonunda Azərbaycanın BMT ilə əlaqələrinin xüsusi vurğulanması zəruridir. Çünki BMT həm qlobal təhlükəsizliyin təminində, həm də sülh və inkişafın təşviqində bəşəriyyətin əsas platformasıdır. Azərbaycan isə bu platformada həm milli maraqlarını müdafiə edir, həm də beynəlxalq ictimaiyyətin ümumi məqsədlərinə töhfələr verir. Ölkəmizin BMT-dəki mövqeyi və fəaliyyəti həm dünyada Azərbaycanın tanıdılmasına, həm də beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb. Dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzalayıb. Baş katib Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Quterreş COP29-un Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq iqlim gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlər münasibətilə də dövlətimizin başçısını təbrik edib və bu tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı təşəkkürünü çatdırıb. O, BMT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, hazırda ölkəmizin bu təşkilatın digər regionlarda fəaliyyətini dəstəklədiyinə görə minnətdarlığını bildirib, beynəlxalq böhranların aradan qaldırılmasında Azərbaycanla BMT arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd edib. Azərbaycanın çoxtərəfli diplomatiyada fəal roluna toxunan BMT-nin Baş katibi Qoşulmama Hərəkatında ölkəmizin uğurlu sədrliyini də vurğulayıb, Azərbaycanın artıq donor ölkə olaraq BMT-nin müxtəlif institutlarının fəaliyyətinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. İki ölkə arasındakı münasibətlərin və regiondakı vəziyyətin tamamilə dəyişdiyini deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan və Ermənistan müstəqilliklərini əldə edəndən bəri regionda sülh olmayıb. Hazırda isə bölgədə sülh mövcuddur. Hər iki ölkənin sülh şəraitində yaşamağa öyrəşdiklərini vurğulayan Prezident İlham Əliyev bunun həm Azərbaycan, həm də Ermənistan üçün mühüm və tarixi önəm kəsb etdiyini diqqətə çatdırıb.

Prezident Azərbaycanın donor kimi COVID-19 zamanı 80-dən çox ölkəyə yardım göstərdiyini qeyd edib və bundan sonra da regional, həmçinin beynəlxalq sülh gündəliyini dəstəkləyərək bu işə öz töhfəsini verəcəyini deyib.

2026-cı ildə ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu kimi böyük tədbirinin keçiriləcəyinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bu tədbir Azərbaycanın şəhərsalma, xüsusən də postmünaqişə şəraitində şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübəsinin beynəlxalq ictimaiyyətlə bölüşməsi üçün yaxşı fürsət yaradır.

Bakı qlobal təşəbbüslərlə yadda qaldı - vaksin əlçatanlığı ilə bağlı təkliflər...

Qeyd edildiyi kimi, qurumla ölkəmiz arasında olduqca mühüm əlaqələr mövcuddur - Azərbaycan daim BMT-nin humanitar təşəbbüslərində ön sıralarda çıxış edib, qlobal aləmdə sülhün və sabitliyin formalaşmasına töhfə verib. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olub və daim təşkilatın Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib. Ölkəmiz BMT-nin əsas istiqamətlərindən olan Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verilməsi kimi vacib fəaliyyətlərdə müsbət mənada seçilib. Azərbaycan BMT strukturlarında və Baş Assambleya iclaslarında da aktiv iştirakı ilə seçilib. Ümumilli lider Heydər Əliyev ilk dəfə 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edib - daha sonra 1995-ci ilin oktyabr ayında BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi iclasda, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında bu ali tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm fəaliyyəti ilə yadda qalıb.

Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə 4 dəfə çıxış edib - 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti kimi bu tribunadan dünyanı narahat edən probllemlərin həlli istiqamətində dəyərli fikirlərini bölüşüb. Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış edib. Vətən müharibəsinin başlanmasından 3 gün öncə baş tutan 75-ci sessiyada Prezident İlham Əliyev dünya birliyini erməni işğalına qarşı susmamağa çağırıb - Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini ön plana çəkib. Dövlət başçısı onlayn formatda baş tutan həmin sessiyadakı çıxışında beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini bildirərək bir neçə təklif irəli sürdü. Bu təkliflər pandemiyanın təsirlərinin azaldılması, xüsusilə  vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi, ən az inkişaf etmiş ölkələrin onu pulsuz əldə etməsi ilə bağlı mühüm tezisləri əhatə edirdi.

Sülh prosesində yeni mərhələ - Azərbaycan BMT TŞ qətnamələrini icra etdi

Azərbaycan BMT-nin ali strukturlarında da uğurla təmsil olub. Belə ki, 2012-2013-cü illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində 2012-ci ilin may ayında Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. 2013-cü ilin oktyabr ayında isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın təşviqinə həsr olunmuş yüksək səviyyəli iclas keçirilib - bu, Təhlükəsizlik Şurasının tarixində İƏT-ə həsr olunmuş ilk iclas kimi tarixə yazılıb.

Azərbaycan BMT Təhlükəsizlik Şurası ilə yanaşı İqtisadi və Sosial Şurada (ECOSOC) (2003-2005, 2017-2019-cu illər və üçüncü dəfə 2025-ci ilin əvvəlindən etibarən) üzv kimi fəaliyyət göstərib. Bundan başqa 2006-2009-cu illərdə BMT-nin İnsan Hüquqları Şurasının üzvü olub.

Bakı BMT-nin bir sıra mühüm tədbirlərinə də ev sahibliyi edib - 2016-cı ildə Sivilizasiyalar Alyansı üzrə Qlobal Forum və 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 Bakıda keçirilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 4 qətnamə qəbul edib. Bununla bağlı 7 dəfə sədrin bəyanatı səslənib, Baş Assambleya “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı iki qətnamə qəbul edib.  2020-ci ilə qədər bu qətnamələr icra olunmayıb - 2020-ci ildə isə bu sənəd Azərbaycanın özü tərəfindən icra edlib. Artıq sülh prosesi yeni bir mərhələyə qədəm qoyub - bu ilin avqustunda Vaşinqtonda baş tutan görüş, imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması sülh təşəbbüslərinin reallığa çevrilməsi yönündə əsaslı addım kimi yadda qalıb. BMT Baş katibi isə 9 avqust 2025-ci il tarixli bəyanatında ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında imzalanmış çərçivə sazişini Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ adlandırıb.

Nəticə etibarı ilə, BMT-Azərbaycan münasibətlərinin dinamik inkişafı göstərir ki, ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi qlobal çağırışların həllinə, dayanıqlı inkişaf gündəliyinə və sülhün təmininə mühüm töhfələr verir. Bu münasibətlər təkcə Azərbaycanın diplomatik uğurlarının göstəricisi deyil, həm də ölkəmizin beynəlxalq nüfuzunun, multilateralizmə sadiqliyinin və qlobal tərəfdaşlıq imkanlarının bariz ifadəsidir. Qarşıdakı illərdə də BMT ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın milli maraqlarının qorunmasına, regional və qlobal sabitliyə, eləcə də yeni inkişaf mərhələsinə mühüm dəstək olacaq.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri