Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

Azərbaycan BMT hesabatında rəqəmsal ticarət lideridir

Azərbaycan BMT hesabatında rəqəmsal ticarət lideridir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu, beynəlxalq təşkilatın qlobal araşdırmasında əksini tapıb

Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağı ölkədə elektron ticarətin infrastruktur bazasının daha da inkişaf etdirilməsi və Azərbaycan Respublikasının regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi məqsədi ilə yaradılmış elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır.

Asiya – Sakit Okean regionunda 2023–2025-ci illərdə həyata keçirilən xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan bu il ticarətin asanlaşdırılmasını əhatə edən 5 istiqamətin orta göstəricisi üzrə 92,5 faiz səviyyəsində yüksək nəticə göstərərək Avrasiya regionunda ilk onluqda qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib ki, Azərbaycan ticarətin asanlaşdırılmasına daxil olan şəffaflıq, formal prosedurlar, institusional əməkdaşlıq və koordinasiya indikatorları üzrə 100 faiz, kağızsız ticarət üzrə 92,59 faiz, sərhədlərarası kağızsız ticarət üzrə 72,2 faiz effektivlik nümayiş etdirərək olduqca yüksək nəticəyə nail olub.

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycan şəffaflıq göstəricisi üzrə 2015-ci illə müqayisədə 53,3 faiz, formal prosedurlar üzrə 50 faiz, 2023-cü illə müqayisədə 8,3 faiz, institusional əməkdaşlıq və koordinasiya göstəricisi üzrə 2015-ci illə müqayisədə 33,3 faiz, 2023-cü ilə nəzərən 11,1 faiz, kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz, 2023-cü illə müqayisədə 3,7 faiz, sərhədlərarası kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 50 faiz və nəhayət, 2023-cü ilə nəzərən isə 5,6 faiz bənd irəliləyib. Bütövlükdə, tədqiqat, Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirib.

Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya – Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə 7-ci mövqedə, habelə tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında 1-ci mövqedə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında lider mövqeyindədir. Bundan əlavə, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən dövlətlər arasında Çin Xalq Respublikasından sonra 2-ci mövqedə qərarlaşıb.

Bu nailiyyətin əldə edilməsində əsas amillər xarici ticarət əməliyyatları zamanı prosedurların elektron qaydada olması və izlənilə bilməsi, bütün idxal – ixrac qaydalarının, tariflərin, prosedurların və sənədlərin onlayn olaraq rəsmi sayt və ya portalda dərc edilməsi, yeni ticarət qaydaları və ya gömrük prosedurlarına dəyişiklik edilərkən iş adamları, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə müzakirələr aparılması, yeni və ya dəyişdirilmiş ticarət qaydaları qüvvəyə minməzdən əvvəl sahibkarlara rəsmi bildirişlə məlumat verilməsidir. Bununla yanaşı, idxaldan əvvəl sahibkarların gömrükdən məhsulun tarif dərəcəsi və mənşə haqqında rəsmi yazılı qərar ala bilməsini özündə ehtiva edən şəffaflıq indikatoru üzrə Azərbaycanın 100 faiz nəticə əldə etməsi son illər xarici ticarətin liberallaşdırılması istiqamətində atılan addımlar, habelə gömrük prosedurlarının elektronlaşması istiqamətində həyata keçirilən islahatların effektiv kommunikasiyası ilə əlaqədardır.

Qlobal sorğunun ikinci bəndində yer alan formal prosedurlar mahiyyət etibarı ilə gündəlik sahibkarlıq subyektlərinin qarşılaşdığı klassik gömrük prosedurlarıdır. Bura malların riskəsaslı yoxlanılması, mallar ölkəyə çatmamışdan əvvəl gömrük bəyannamələrinin təqdim edilməsi və ilkin yoxlanılması, rəsmiləşmə və rüsumların yekun hesablanması, sadələşdirilmiş gömrük prosedurları, təcili və prioritet mallar üçün sürətli gömrük rəsmiləşməsi və s. aiddir. Bu istiqamətdə Azərbaycanın 100 faiz nəticəyə nail olması gömrük yoxlanılması, sərhəd-buraxılış məntəqələrində malların sürətli keçidi, müfəttiş – sahibkar münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü islahat tədbirlərinin nəticəsidir.

Üçüncü bəndə “İnstitusional mexanizmlər və əməkdaşlıq” daxildir ki, bu da hökumətin ticarətə məsul səlahiyyətli institutlarının xarici ticarət iştirakçılarının davamlı və fasiləsiz fəaliyyətini stimullaşdırmaq məqsədilə idarəetmə çərçivəsinin keyfiyyətini əhatə edir. Ticarətin asanlaşdırılması üzrə milli komitə yaradılması, gömrük və sərhəd qurumlarının əməkdaşlığı üçün qanunvericilik çərçivəsi, iş günləri və saatlarının, gömrük qaydalarının qonşu ölkələrlə uyğunlaşdırılması kimi alt tədbirlər daha çox Dövlət Gömrük Komitəsinin qanunvericilik əsasında həyata keçirdiyi icraatları özündə əks etdirir.

Kağızsız ticarət üzrə Azərbaycanın mövqeyi 2015-ci illə müqayisədə 37,03 faiz irəliləyərək 92,6 faiz səviyyəsinə çatıb. Buna səbəb gömrük inzibatçılığı sahəsində, o cümlədən xarici ticarət prosedurlarında iştirak edən dövlət xidmətlərinin elektronlaşması, fiziki müraciətlərin minimuma endirilməsi və s. tədbirləri qeyd etmək mümkündür. Sözügedən indicator üzrə qlobal sorğunun çərçivəsinə Avtomatlaşdırılmış Gömrük Sistemi, gömrük və sərhəd xidmətlərinin internet vasitəsilə məlumat paylaşması və əməliyyatları, gömrük və sərhəd prosedurlarının vahid elektron portal üzərindən icrası, gömrük bəyannamələrinin elektron formada təqdim edilməsi, idxal-ixrac icazələrinin elektron alınması, eləcədə göndərilməsi daxildir.

Sonuncu istiqamətə isə “Sərhədlərarası kağızsız ticarət” indikatoru daxildir ki, bura elektron əməliyyatlar üçün qanun və normativ baza, elektron imza və təsdiq üçün hüquqi çərçivə, gömrük bəyannamələrinin elektron şəkildə başqa ölkələrlə qarşılıqlı paylaşılması, mənşə sertifikatı, sanitar və fitosanitar sertifikatların (yəni ərzaq və bitki mallarının icazələri) başqa ölkələrin gömrüyü ilə elektron paylaşılması daxildir.

Sözügedən tədqiqat Ümumdünya Ticarət Təşkilatının “Ticarətin asanlaşdırılması Sazişi”ndə nəzərdə tutulan, “Asiya və Sakit Okean regionunda sərhədlərarası kağızsız ticarətin asanlaşdırılması Çərçivə Sazişi”, eləcə də digər kağızsız ticarət və ya elektron ticarətlə bağlı inkişaf edən regional və qlobal təşəbbüsləri özündə ehtiva edir.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycanın lider mövqedə tanınmasını “Azexport” tərəfindən son illərdə həyata keçirilmiş rəqəmsal həllərin, o cümlədən “Virtual sərgi zalı”, rəqəmsal sertifikatlaşdırma imkanları və “Alibaba”, “Amazon” kimi qlobal elektron ticarət platformaları ilə inteqrasiya proseslərinin praktik nəticəsi kimi də qiymətləndirmək olar.

Xatırladaq ki, “Azexport.az” portalı dünyanın 150-dən artıq ölkəsindən 50 minə yaxın sifariş qəbul edərək, ixrac coğrafiyasını genişləndirib və “Made in Azerbaijan” məhsullarının beynəlxalq rəqəmsal platformalarda tanınmasını 2500 dəfə artırıb. Portalın fəaliyyəti bundan əvvəl də Avropa İttifaqının “EU4Digital” təşəbbüsü, “Alibaba” platforması, Türk Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının müxtəlif rəsmi sənədlərində yüksək qiymətləndirilib, nümunəvi təcrübə kimi öyrənilməsi və digər ölkələrdə tətbiq olunması tövsiyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see295

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see180

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see158

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see150

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see148

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see141

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see139

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see132

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see131

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see128

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri