Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Azərbaycan Cənubi Qafqazda enerji lideridir

Azərbaycan Cənubi Qafqazda enerji lideridir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bu baxımdan Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin tarixi Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1994-cü il sentyabr ayının 20-də dünyanın bir çox super dövlətləri ilə imzalanan “Əsrin müqaviləsi” adlanan məşhur neft kontraktından başlayır. 

Məlumdur ki, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, zəngin karbohidrogen ehtiyatlarına və inkişaf etmiş yanacaq-energetika kompleksinə malikdir. Bu ölkəmizin təkcə, milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində vacib aktora çevrilməsinə, transmilli enerji bazarlarında özünəməxsus yer tutmasına və Avropanın enerji təhlükəsizliyində fəal iştirakına təsir etməkdədir. Enerji ehtiyatlarımız həm ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin dinamik inkişafında, həm ümumi daxili məhsulun artmasında, həm də sosial-iqtisadi göstəricilərin formalaşmasında mühüm amil kimi çıxış edir. Ona görə də mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti ölkənin davamlı iqtisadi inkişafına və onun iqtisadi təhlükəsizliyinə təminat verir.

Son illərdə Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişaf  etdirilməsi əsas prioritetlərdən biri olmuşdur. Belə ki, son 20 il ərzində ölkənin enerji sistemi, onun generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər yenidən qurulmuş və yeni yaradılan generasiya gücləri əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Hazırda ölkənin enerji sisteminin generasiya gücü təxminən 10 min meqavata bərabərdir və gələcəkdə yaradılacaq bir çox yeni bərpaolunan enerji generasiya gücləri hesabına ölkəmiz həm artan daxili tələbatı lazımi səviyyədə təmin edəcək, həm də ixrac potensialını artıra biləcəkdir. Təsadüfi deyildir ki, hazırda ölkəmizdə həm ənənəvi generasiya gücləri, həm də bərpaolunan generasiya gücləri paralel şəkildə aparılır. Belə ki, keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir. Misal üçün, Qaradağ Günəş Elektrik Stansiyasının gücü 230 meqavat, Prezident İlham Əliyevin iştirakı ilə 2026-cı il 8 yanvar tarixində istismara verilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının gücü isə 240 meqavatdır. Bu gün işğaldan azad olunmuş Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir ki, onların da ümumi potensialı 340 meqavatdır.

Yeni “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, onun enerji təhlükəsizliyinə də mühüm töhfə verəcəkdir.

Prezident İlham Əliyev elektrik stansiyasının açılışındakı nitqində layihənin investoru kimi Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan “ACWA Power”in və eyni zamanda, tikintidə baş podratçı rolunda iştirak edən “Power China” şirkətinin fəaliyyətini yüksək qiymətləndirməklə bildirmişdir ki,  sözügedən layihə “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsi olmaqla yanaşı, həm də gələcəkdə yeni tikilib istifadəyə veriləcək stansiyalar üçün də möhkəm bünövrə yaradır. Belə ki, “ACWA Power” şirkətinin ölkəmizdə daha böyük potensiala malik olan layihələri var və ölkəmiz bu cür təşəbbüsləri bəyənir və dəstəkləyir. Məhz, bu şirkətin dəstəyi ilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə ilk layihənin həyata keçiriləcəyi də Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir.

Cənab Prezident çıxışında yeni generasiya güclərinin istismara verilməsini həm texniki, həm maliyyə-iqtisadi, həm də peşəkarlıq baxımından son dərəcə çətin və məsuliyyətli bir iş olduğunu diqqətə çatdırmaqla vurğuladı ki, bərpaolunan enerji mənbələrinin böyük həcmdə vahid enerji sisteminə inteqrasiya olunması bu sahədə çalışan yüksək ixtisaslı yerli kadrların fəaliyyətindən də yüksək bilik və bacarıq tələb edir.

Dövlət başçısının həmçinin, ölkəmizin bərpaolunan enerji baxımından münasib coğrafi ərazilərə malik olduğunu, xüsusilə də Xəzərin ölkəmizə aid hövzəsində külək potensialının 157 giqavat gücündə olmasını diqqətə çatdırması bir daha sübut edir ki, Azərbaycan bu sahədə Cənubi Qafqazda lider ölkədir.

Sonda Prezident İlham Əliyev xarici investorları, o cümlədən Azərbaycan şirkətlərini həm bu sahəyə, həm də xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət etdi.


Rövşən Muradov

Milli Məclisin deputatı 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri