Icma.az
close
up
RU
Azərbaycan BMT nin Ətraf Mühit Assambleyasının 7 ci sessiyasında Milli Bəyanatını təqdim edib

Azərbaycan BMT nin Ətraf Mühit Assambleyasının 7 ci sessiyasında Milli Bəyanatını təqdim edib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keniyada keçirilən BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında (UNEA7) Azərbaycan Respublikasının Milli Bəyanatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəyanatı Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva səsləndirib.

Nazir müavini çıxışında bildirib ki, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və çirklənmənin təsirləri bütün regionlarda hiss olunur və Azərbaycan da istisna deyil. “Ölkəyə daxil olan su ehtiyatlarında 30 faiz azalma müşahidə edirik, ekosistemlərimiz daha böyük təzyiqlərlə üzləşir və dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə kiçilir. Bu çağırışlar Azərbaycanın milli ekoloji və iqlim gündəmini formalaşdırmağa davam edir”, - deyə nazir müavini bildirib.

Umayra Tağıyeva çıxışında Azərbaycanın COP29-a ev sahibliyinin nəticələrinə toxunub. “Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında COP29-a ev sahibliyi etmək şərəfinə nail olduq. COP29 qəbul olunmuş mandatların icrasını təmin etdi və qlobal iqlim ambisiyasını gücləndirdi. İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi haqqında əldə olunmuş razılaşma inkişaf etməkdə olan ölkələrin öz milli iqlim planlarını həyata keçirməsinə imkan yaradan dönüş nöqtəsi oldu. Bütün bunlara görə Bakıda verilmiş öhdəliyin tərəddüdsüz və gecikmədən yerinə yetirilməsi olduqca vacibdir. COP29-da qəbul olunmuş digər qərarlar, o cümlədən Paris Sazişi üzrə karbon bazarlarını tənzimləyən qaydaların yekunlaşdırılması Sazişin siyasətini tam şəkildə aktivləşdirdi. Bu isə Paris Sazişinin ikinci onilliyində daha mənalı və real icraya keçid üçün möhkəm bir təməl yaratdı.

Milli səviyyədə Azərbaycan iqlim fəaliyyəti və ekoloji siyasətdə nümunədir. Biz Paris Sazişi çərçivəsində öhdəliklərimizi təsdiqləyərək yenilənmiş “Milli Töhfələrə Dəyişikliklər 3.0” (NDC 3.0) təqdim etmişik. Yeni hədəfimiz emissiyaları 2035-ci ilə qədər 40 faiz azaltmaqdır. Bu, əvvəlki 2050-ci il hədəfimizi 15 il qabağa çəkməklə cəmi iki il ərzində ambisiyanın əhəmiyyətli dərəcədə artırıldığını göstərir. Bu qərar 2023-cü ilin sonunda təqdim etdiyimiz yenilənmiş NDC 2.0-dən sonra atılmış növbəti mühüm addımdır.

Eyni zamanda, Kiqali Dəyişiklik Protokoluna və Rotterdam Konvensiyasına qoşulmaqla ekoloji öhdəliklərimizi daha da gücləndirmişik. Bu addımlar Azərbaycanın təhlükəli maddələrlə mübarizə, hava keyfiyyəti və iqlim dəyişmələrinin azaldılması sahəsində qlobal səylərə uyğunlaşmaq əzmini nümayiş etdirir.

Ekosistemlərin bərpası, biomüxtəlifliyin mühafizəsi, iqlimədavamlı icmaların qurulması və dayanıqlı ekosistemlərin inkişaf etdirilməsi istiqamətində ölkə üzrə işlər davam edir. Bu kontekstdə “yaşıl inkişaf” 2027–2030-cu illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının əsas prioritetlərindən biri olaraq qalır”, - deyə nazir müavini əlavə edib.

Nazir müavini bildirib ki, gələn il Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə Dünya Şəhərsalma Forumuna (WUF13), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə isə Dünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. O, bütün tərəfdaşları bu mühüm tədbirlərdə iştirak etmək üçün Bakıya dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri