Icma.az
close
up
RU
BMT nin Ətraf Mühit Assambleyasının 7 ci sessiyasının Prezidenti Azərbaycanın Keniyadakı səfirliyində olub FOTOLAR

BMT nin Ətraf Mühit Assambleyasının 7 ci sessiyasının Prezidenti Azərbaycanın Keniyadakı səfirliyində olub FOTOLAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 4-də BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühit naziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı səfirliyini ziyarət edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Abdullah Bin Ali Al-Amri, Omanın Keniyadakı səfiri Nasra Salem Əl-Haşmi və onları müşayiət edən heyət səfirlikdə yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub, onun xatirəsini ehtiramla yad edib. Səfir Sultan Hacıyev Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında məlumat verib.
Nazir Abdullah Bin Ali Al-Amri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin sədri qismində Azərbaycanın növbəti həftə başlayacaq UNEA-nın 7-ci sessiyasına hazırlıqlarda Omanın UNEA7 sədrliyi ilə səmərəli əməkdaşlığından razılığını ifadə edib. Azərbaycanın sədrliyi ilə öz işinə başlayan Daimi Nümayəndələr Komitəsinin açıq tərkibli iclasının məhsuldar fəaliyyətinə görə təşəkkür edib.
Səfir Sultan Hacıyev 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş Azərbaycanın UNEP-lə əməkdaşlığa və UNEA-nın uğurlu nəticələr göstərməsinə böyük diqqət göstərdiyini bildirib, Omanın UNEA7-nin hazırlıq proseslərində göstərdiyi aktiv fəaliyyətini yüksək qiymətləndirib.
Səfir Azərbaycanın 2026-cı ilin mayın 17-22-də ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumat verib. Bildirib ki, iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri bu mötəbər tədbirin əsas mövzulardan olacaq.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri