Icma.az
close
up
RU
Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar

Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi imkanlarından istifadə edərək parlaq, nəticəyönümlü marketinq kampaniyaları hazırlayan brendlər və agentliklər mükafatlandırılacaq.

TikTok artıq ikinci il ardıcıl olaraq beynəlxalq Ad Awards mükafatını keçirir. Onun əsas məqsədi regionda ən ilhamverici reklam kampaniyalarını önə çıxarmaq, orijinallıq, yaradıcılıq və emosiyanı təsirli biznes nəticələri ilə birləşdirməyi bacaran brendləri vurğulamaqdır.

Müraciətlərin qəbulu artıq açıqdır və 1 oktyabr 2024-cü ildən 31 oktyabr 2025-ci ilədək TikTok-da həyata keçirilmiş reklam kampaniyalarını əhatə edir. Azərbaycan brendləri və agentlikləri ilə yanaşı, mükafata Qazaxıstan, Türkiyə, Kipr, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Livan, İraq, Misir, Mərakeş, Keniya, Nigeriya, Cənubi Afrika, Pakistan, Banqladeş və Şri-Lankanın nümayəndələri də qatıla bilərlər.

Bu il iştirakçılar yeddi nominasiya üzrə müraciət edə bilərlər. Hər bir kateqoriya TikTok-da reklam kampaniyalarının uğuru üçün vacib olan əsas məqamlardan birini əks etdirir:

1.                  It’s the Creative for Me (Yaradıcı potensial). Bu kateqoriyada əsas meyar yaradıcı ideya və strategiyadır. Bu kateqoriya TikTok-da kampaniyalarını həyata keçirərkən cəsarət göstərən, yaradıcılığın sərhədlərini genişləndirən və təsirli nəticələr əldə edən brendlər və agentliklər üçün açıqdır.

2.                  Community Core (İcmanın səsi). Bu kateqoriyada TikTok yaradıcılarının ən yaxşı şəkildə cəlb edilməsi və platforma icması ilə ən səmərəli iş qiymətləndirilir.

3.                  Full Funnel Flex (Bütün mərhələlərə fokus). Bu kateqoriya marketinq hunisinin bütün mərhələlərində – tanınmadan konversiya və satışa qədər – ölçülə bilən nəticələr göstərən inteqrasiya olunmuş strategiyalara malik kampaniyaları əhatə edir.

4.                  Big Branding Energy (Brendin gücü). Bu kateqoriyada hekayə anlatımı vasitəsilə özünü parlaq şəkildə göstərən yaradıcı və brendin tanınmasını əhəmiyyətli dərəcədə artıran kampaniyalar qiymətləndirilir.

5.                  Goal Digger (Hədəfə çatmaq). Bu kateqoriyada brendlərə konkret biznes nəticələri qazandıran, reklam xərclərinin səmərəliliyini artıran, konversiya göstəricilərini və satışları yüksəldən — reklam kampaniyaları qiymətləndirilir.

6.                  Bougie on a Budget (Büdcə önəmli deyil). Bu kateqoriya, büdcə və resurs məhdudiyyətlərinə baxmayaraq, orqanik və ödənişli məzmunu səmərəli birləşdirərək maksimal təsir əldə edən və platforma icmasını heyrətləndirən kampaniyalar üçün nəzərdə tutulub.

7.                  Sound On Please (Səs yüksək olsun). Bu kateqoriya, səs effektinin yaradıcı ideyanın əsasını təşkil etdiyi və kampaniyanın ən parlaq şəkildə həyata keçirilməsinə imkan verdiyi reklam layihələri üçün nəzərdə tutulub.

The People's Choice (İctimai seçim). Bu kateqoriyada qalib, mükafatlandırma mərasiminin qonaqlarının səs verdiyi kampaniya olacaq.

Mükafatın əsas qalibi ən yüksək mükafatı alacaq – The Greatest Of All Time (The G.O.A.T "Ən Böyük Əfsanə"). Bu mükafat yaradıcı yanaşması ilə seçilən və istənilən nəticələrə maksimum effektivliklə nail olan ən yaxşı kampaniyaya təqdim ediləcək. Mükafatın məqsədi – mədəniyyətə parlaq nümunə yaradan, istifadəçilərə sevinc və zövq bəxş edən və ümumilikdə TikTok icmasına müsbət təsir göstərən brendi önə çıxarmaqdır. G.O.A.T mükafatına namizədlik avtomatik olaraq yeddi əsas kateqoriyadan hər hansı birinə müraciət etmiş bütün iştirakçılara şamil olunacaq.

“Keçən il gördüyümüz inanılmaz yaradıcılıq səviyyəsindən sonra TikTok Ad Awards-u ikinci dəfə keçirməkdən məmnunuq,” – deyə TikTok-un Yaxın Şərq, Türkiyə, Afrika, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri departamentinin baş direktoru Şadi Kandil bildirib. – “Bu mükafat sadəcə reklam üçün deyil, mədəni hadisəyə çevrilən, ilham verən və real biznes nəticələri gətirən layihələr üçündür. Bu il brendlər və agentliklər tərəfindən təqdim olunacaq cəsarətli və innovativ işləri səbirsizliklə gözləyirik.”

Müraciətlərin qəbulu 31 oktyabr 2025-ci ildə başa çatacaq. Mükafatla bağlı ətraflı məlumat və müraciət forması sayt vasitəsilə təqdim olunur: https://tiktokadawardsmetapee.com/2025. 

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri