Icma.az
close
up
RU
Azərbaycan bu iki bəndlə Paşinyanı Konstitusiya dəyişikliyinə məcbur edə bilər ŞƏRH

Azərbaycan bu iki bəndlə Paşinyanı Konstitusiya dəyişikliyinə məcbur edə bilər ŞƏRH

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlar davam edir. Sazişin 17 maddəsindən 15-i razılaşdırılıb. Azərbaycan tərəfinin tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. 

Maraqlıdır, Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Bakı “Milli Təhlükəsizlik Konsepsiyası”na və “Hərbi doktrina”ya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir. 

Politoloq qeyd edib ki, parlamentdə bu müzakirəyə çıxarıla bilər:

“Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq”. 

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyişikliklərə də ehtiyac var:

“Hər iki sənədin ana maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir. Biz bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Misal üçün bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”.  

Bu bəndə artıq ehtiyac yoxdur. 

Həmçinin ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”.

Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa bəyannaməsindən” irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var”.

Firuzə Əliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri