Icma.az
close
up
RU
Qərbdə əhalinin qaçış dövrü başlayır: Rusiyanın işğalı...

Qərbdə əhalinin qaçış dövrü başlayır: Rusiyanın işğalı...

Icma.az, Olke.az saytına istinadən bildirir.

Avropa Birliyi və Rusiya arasında mövcud qarşıdurma artıq yeni və daha təhlükəli mərhələ keçid etməyə başlayıb... Kreml isə bu hərbi-siyasi gərginliyi kollektiv Qərbin Rusiyaya qarşı planlaşdırdığı “qaçılmaz müharibə” təhlükəsi kimi təqdim edir...

Avro-Atlantik məkanda son vaxtlar verilən mesajlar, qəbul edilən sensasion qərarlar və artan sosial narazılıqlar bir daha onu göstərir ki, Ukrayna savaşı yalnız regional qarşıdurma deyil. Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu savaş artıq Avropa qitəsinin də gələcək təhlükəsizlik arxitekturasını təyin edəcək əsas hərbi-siyasi faktora çevrilib. Avropa Birliyindən NATO-ya, Berlin küçələrindən Kremlin diplomatiya mərkəzinə qədər uzanan bu proseslər kollektiv Qərbin Rusiyaya qarşı hərbi-siyasi strategiyasının getdikcə sərtləşdiyini və daha sistemli xarakter aldığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Avropa Birliyinin əsas prioritet hədəfləri sırasında Rusiyanın hərbi büdcəsinin məhdudlaşdırılmasına nail olunması artıq ön planda yer alır. Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallasın bu barədə açıqlaması Brüsselin artıq sadəcə, Ukraynada atəşkəs axtarmadığını, həm də Rusiyanın gələcək hərbi potensialını struktur olaraq, nəzarətə almağa çalışdığını göstərir. Onun sözlərinə görə, Rusiyanın öz dövlət büdcəsinin 35-40 faizini məhz müdafiə xərclərinə yönəltməsi qətiyyən təsadüfi deyil. Və belə intensiv militarizasiya yaxın gələcəkdə yeni hərbi münaqişələrin ilkin əlamətidir.

Maraqlıdır ki, Kaya Kallas bu arqumentə əsaslanaraq, Rusiya ordusunun sayına və hərbi xərclərinə məhdudiyyətlərin məhz mümkün sülh razılaşmasına daxil edilməsi ilə bağlı təklif irəli sürüb. Bu təklif əslində, faktiki olaraq, məhz post-müharibə dövrü üçün Avropanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmağa yönəlmiş hədəfdir. Və belə yanaşma Rusiyanın uzunmüddətli period üçün hərbi gücünü azaltmağı hədəfləyən strategiyanın tərkib hissəsi kimi görünür.

Ancaq Rusiya siyasi dairələri isə Avropa Birliyinin diplomatiya rəhbərinin bu açıqlamasını açıq düşmənçilik mövqeyi kimi qəbul edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın Kaya Kallas haqqında sərt ifadələr işlətməkdən özünü saxlaya bilməyib. Və bu, Rusiya siyasi dairələrində Avropa Birliyinin indiki siyasi-diplomatik xəttini hərbi cəhətdən riskli, hətta təxribatçı fəaliyyət örnəyi hesab etdiyini göstərir.

Məsələ ondadır ki, Kreml Qərbdən verilən son açıqlamalara dayanaraq, Avropa Birliyi və NATO-nu Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda suçlayır. Belə ki, Avropa Birliyinin sərt mövqeyi Rusiyanın cavab reaksiyasını daha kəskinləşdirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa Birliyini birbaşa hərbi qarşıdurmaya hazırlaşmaqda ittiham edərək, bildirib ki, Qərb ölkələrinin bütün hərbi-siyasi, maliyyə-iqtisadi və logistik resursları məhz Rusiya ilə potensial silahlı toqquşmaya adaptasiya edilir.

Digər tərəfdən, Benilüks ölkələri boyunca səfərlərdə olan Rusiyanın Belçikadakı səfiri Denis Qonçar da NATO-nu “böyük müharibə"yə hazırlaşmaqda günahlandırıb. Rusiyanın siyasi-diplomatik dairələrinin ritorikasında belə sərt məzmun dəyişikliyi əsasən iki məqsədə xidmət edir. Kreml bir tərəfdən, Rusiyanın daxili auditoriyasında “Qərbin mühasirəsi” ilə bağlı ortaya atdığı narrativi gücləndirməyə çalışır. Digər tərəfdən isə Avropa ölkələrinin artan təhlükəsizlik xərclərini siyasi böhran kimi təqdim edərək, kollektiv Qərb düşərgəsində parçalanma görüntüsü yaratmaq istəyir.

Əslində, Kreml görüntü yaratmağa cəhd göstərməsə belə, Avropa ölkələrinin cəmiyyətlərində səfərbərlik böhranının olduğu və dərinləşməkdə davam etdiyi inkarolunmaz reallıqdır. Belə ki, Qərb ölkələrinin Rusiyanın hərbi təhdidlərinə cavab olaraq, öz ordularını gücləndirmək cəhdləri onsuz da daxili sosial-iqtisadi gərginlik yaradır. Hər halda, Almaniyada qəbul edilən yeni hərbi çağırış qanunu gənclərin kəskin narazılığı ilə müşayiət olundu. 18 yaşlıların tibbi müayinədən keçməsi, zərurət yaranarsa, püşkatma yolu ilə hərbi xidmətə çağırılması və könüllülər üçün 2600 avro maaş vədi cəmiyyətdə güclü müqavimətlə qarşılandı.

Məsələ ondadır ki, alman gənclərin “dövlət üçün ölmək niyyətində deyilik”, “lazım olsa, ölkədən gedəcəyik” məzmunlu etirazları Avropa ölkələrində yeni reallığı göstərir. Belə ki, "qoca qitə"də gənc nəslin müharibə istəksizliyi kollektiv Qərbin müdafiə planlarının ən zəif həlqəsi hesab olunur. Çünki bu tendensiya yalnız Almaniyaya deyil, bir sıra digər Avropa ölkələrinə də aiddir. Bu isə kollektiv Qərbin Rusiyayla uzunmüddətli hərbi rəqabət aparmaq üçün lazımi səviyyədə insan resurslarına və sosial-ictimai konsensusa malik olmadığını göstərən təhlükəli məqamdır.

Ona görə də, bütün bunlardan narahat olan NATO-da yeni prioritet müəyyən edilib. Ən əsası isə bu prioritet hədəflərin reallaşmasında üzv dövlətlərin müdafiə sənayesinin gücü ön plana çəkilir və Türkiyə nümunəsi örnək göstərilir. Belə ki, NATO-nun baş katibi Mark Ruttenin Türkiyəni “müdafiə sənayesi gücünün nümunəsi” kimi digər üzv dövlətlərə təqdim etməsi bu hərbi-siyasi alyans daxilində diqqətçəkən siyasi-ideoloji dəyişiklikdir. Çünki Mark Ruttenin fikrincə, Rusiyanın sürətli hərbi istehsalına cavab verməyin yeganə effektiv yolu orduda əsgər sayını artırmaq yox, məhz hərbi sənaye gücünü genişləndirməkdir.

Bu baxımdan, Mark Rutte hesab edir ki, Türkiyənin 3 mindən çox şirkəti əhatə edən hərbi müdafiə sənaye sistemi NATO üçün effektiv model kimi görünür. Çünki Avropa Birliyi ölkələri bu sahə üzrə hələ də daxili bürokratik maneələr və istehsal gecikmələri ilə mübarizə aparır. NATO baş katibi Mark Rutte həm də ABŞ-ın Ukraynaya yardımı dayandıra biləcəyi ilə bağlı ssenarini rədd edib. O, bildirib ki, PURL proqramı çərçivəsində artıq milyardlarla dollarlıq silah-sursat tədarük olunub və bu prosesin davamı da planlaşdırılır. Və bəzi ehtimallara görə, Mark Ruttenin bu sözləri daha çox NATO daxilində “ABŞ-ın geri çəkilməsi” ilə bağlı narahatlıqları yumşaltmağa hesablanıb.

Göründüyü kimi, Avropa Birliyi-Rusiya qarşıdurmasında artıq yeni və daha təhlükəli mərhələ artıq başlayıb. Hər halda, son baş verənlər onu göstərir ki, Avropa Birliyi və NATO Rusiyanın yalnız indi deyil, ümumiyyətlə, gələcək onilliklərdə hərbi güc toplamasının qarşısını vaxtında almağa yönəlmiş strateji hədəf üzrə fəaliyyətə üstünlük verir. Kreml isə Qərbin bu strategiyasını Rusiyaya qarşı çoxvektorlu təhdid kimi qəbul edir. Və bu hərbi-siyasi qarşıdurmanı kollektiv Qərbin planlaşdırdığı “qaçılmaz müharibə” təhlükəsi kimi çərçivələyir.

Buna paralel olaraq, Avropa ölkələrinin cəmiyyətlərində hərbi səfərbərlik narazılığı artıq indidən artmaqdadır, müdafiə sənayesinin gücləndirilməsi isə olduqca ləng getməkdədir. Belə bir situasiya isə indiki qarşıdurmanı daha qeyri-müəyyən və olduqca təhlükəli edir. Nəticə etibarilə, Ukrayna savaşı ətrafında baş verənlər artıq region səviyyəli proseslər deyil.

Belə ki, bu proses tədricən kollektiv Qərbin gələcək təhlükəsizlik arxitekturasını, Rusiyanın isə özünütəsdiq modelini təyin edəcək böyük geopolitik qarşıdurmanın mərkəzi xəttinə çevrilməyə başlayıb. Qərb siyasi dairələri narahatdırlar ki, əgər, indiki situasiya eynilə davam edərsə, Kreml də Ukrayna savaşından öz diqtə etdiyi şərtlərlə çıxarsa, onda Rusiya bir neçə il ərzində öz hərbi potensialını bərpa edərək, Avropanın böyük bir hissəsini işğal etmək imkanları qazana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri