Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetr qaz ixrac edib
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb.
SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (“Abşeron” yatağı) payına düşüb.
Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barrel), kondensat hasilatı 12 min ton (101 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barrel) olub.
2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib Türkiyəyə ixrac 7 milyard kubmetrdir
15 Oktyabr 2026 11:18
Azərbaycan ötən il Türkiyəyə 11,5 milyard kubmetr qaz tədarük edib
18 Fevral 2025 09:41
Azərbaycan Türkiyəyə 8 ayda 7 milyard kubmetrdən çox qaz nəql edib
23 Oktyabr 2026 17:45
Nazir: Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub
11 Sentyabr 2026 14:23
Azərbaycan TANAP vasitəsilə Türkiyəyə qaz ixracını 7% dən çox artırıb
16 Aprel 2026 15:28
Baxış sayı:98
Bu xəbər 15 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















