Azərbaycan ötən il Türkiyəyə 11,5 milyard kubmetr qaz tədarük edib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü ildə Azərbaycanın Türkiyəyə təbii qaz ixracı 11,478 milyard kubmetr təşkil edib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən məlumat yayıb.
IEA-nın hesabatı Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) icmalından bir neçə gün əvvəl dərc olunur.
Agentliyin məlumatına görə, Azərbaycan ötən ilin dekabrında Türkiyəyə 1,037 milyard kubmetr qaz tədarük edib, əvvəlki ilin dekabrında isə bu göstərici 962 milyon kubmetr olub, yəni tədarük həcmi 7,8 % artıb.
2024-cü ilin yekunlarına görə, Azərbaycan Türkiyəyə qaz tədarükü üzrə ikinci yerdə qərarlaşıb. Birinci yeri 21,374 milyard kubmetrlə Rusiya, üçüncü yeri isə 7,043 milyard kubmetrlə İran tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















