Icma.az
close
up
RU
Azərbaycan bu ölkələrə 142 milyon manatlıq metil spirti satıb Siyahı

Azərbaycan bu ölkələrə 142 milyon manatlıq metil spirti satıb Siyahı

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 377 min 513,6 ton metanol (metil spirti) ixrac edib.
Yeniavaz.com
xəbər verir ki, ixrac olunan metanolun ümumi gömrük dəyəri 83 milyon 540,2 min dollar (142 milyon manat) təşkil edib.
Apardığımız hesablama göstərir ki, ixrac olunan metanolun 1 litrinin orta gömrük dəyəri təxminən 0,30 manat olub.
Qeyd edək ki, metil spirtinin (metanol) orta sıxlığı 0,792 kq/litr qəbul olunub.
Onu da bildirək ki, Azərbaycan ümumilikdə 10 ölkəyə metil spirti ixrac edib.
Metil spirit ixrac olunan ölkələr, ixrac həcmi və 1 litr metil spirtinin orta gömrük dəyəri belə olub:
Türkiyə – 122 421,2 ton (1 litr metil spirtinin orta gömrük dəyəri 0,30 manat);
İtaliya – 69 329,2 ton (0,30 manat);
Niderland – 50 699,4 ton (0,23 manat);
Rumıniya – 34 572,9 ton (0,27 manat);
Sloveniya – 30 682,7 ton (0,35 manat);
İsrail – 22 550,8 ton (0,35 manat);
İspaniya – 22 529,9 ton (0,28 manat);
Yunanıstan – 8 160,1 ton (0,29 manat);
Bolqarıstan – 8 178,2 ton (0,32 manat);
Cəbəllütariq – 8 389,4 ton (0,39 manat).
Məlumat üçün bildirək ki, ötən ilin ilk 10 ayında Azərbaycanda 403,8 min ton metil spirti istehsal olunub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% azalıb. Metil spirti Azərbaycanda SOCAR-a məxsus zavodda istehsal olunur. Bakının Qaradağ rayonunda yerləşən Metanol Zavodu 2013-cü ildə istifadəyə verilib və ölkədə qaz-kimya sektorunda fəaliyyət göstərən ilk istehsal müəssisəsi olub. Zavodun tikintisi zamanı Britaniyanın ICI şirkətinin aşağı təzyiqli metanol istehsalı texnologiyasından istifadə olunub. 2016-cı ilin noyabr ayında zavod SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin mülkiyyətinə keçib, 2018-ci ilin oktyabr ayından isə SOCAR-ın strukturuna daxil edilib.
Xatırladaq ki, metil spirti təmiz, rəngsiz, tez buxarlanan, CH3OH düsturlu tezalışan, su ilə istənilən nisbətdə qarışan, etil spirtinin qoxusuna bənzər bir qoxu olan mayedir. Kimya sənayesinin bir çox sahələrində ən çox tələb olunan xammal hesab olunur. Metanol neft və qazın hasilatı, hazırlanması, nəqli zamanı, quyularda, boru kəmərlərində və yeraltı qaz anbarlarında, o cümlədən sirkə turşusu, plastik materiallar, sintetik liflər, məişət boyaları, yapışdırıcılar və sairə kimi məhsulların istehsalında kristal hidratların meydana gəlməsinin qarşısını almaq üçün istifadə olunur (inhibitor kimi). Bundan əlavə, metanol benzinə yüksək oktanlı əlavə, həmçinin daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə edilə bilər.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri