İyun ayında Azərbaycan qarpızı hansı ölkələrə və neçəyə satıb? Siyahı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin iyun ayı ərzində Azərbaycandan xarici ölkələrə 5 min 84,55 ton qarpız ixrac edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, iyun ayında ixrac olunan qarpızın bir kiloqramının orta gömrük dəyəri 79 qəpik olub.
Qeyd edək ki, qarpız ən çox Rusiya və Ukraynaya satılıb. Rusiyaya bir kiloqramı 78 qəpikdən 3 min 658,5 ton, Ukraynaya isə bir kiloqramı 87 qəpikdən 1 079,8 ton qarpız göndərilib. Qarpız ən baha qiymətə Səudiyyə Ərəbistanına satılıb. Azərbaycandan iyun ayında Səudiyyə Ərəbisatanına 250 kiloqram qarpız aparılıb və bir kiloqramının orta gömrük dəyəri 11,5 manat olub.
İyun ayında Azərbaycandan aşağıdakı ölklərə qarpız ixrac edilib:
Rusiya – 3 658,49 ton (bir kiloqramının orta gömrük dəyəri 0,78 manat);
Ukrayna – 1 079,83 ton (0,87 manat);
Belarus – 208,01 ton (0,70 manat);
Gürcüstan – 96,36 ton (0,55 manat);
Estoniya – 41,6 ton (0,57 manat);
Səudiyyə Ərəbistanı – 0,25 ton (11,5 manat).
Onu da bildirək ki, iyun ayında Azərbaycana aşağıdakı ölkələrdən qarpız gətirilib:
Özbəkistan – 34,97 ton (bir kiloqramının orta gömrük dəyəri 1,27 manat);
İran – 25,85 ton (1,13 manat);
Rusiya – 20,85 ton (0,93 manat);
Türkiyə – 3,14 ton (1,26 manat).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? Siyahı
22 Oktyabr 2025 16:05
Azərbaycan yumurtanı hansı ölkələrə və neçəyə satır? Siyahı
24 Fevral 2025 10:46
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? Tam siyahı
16 Sentyabr 2025 15:50
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? Tam siyahı
13 Mart 2025 12:55
Neftimizi hansı ölkələrə və neçəyə satmışıq? Tam siyahı
17 İyul 2025 13:18
Baxış sayı:124
Bu xəbər 14 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















