Icma.az
close
up
RU
Azərbaycan bu səfərdən nə qazandı? Önəmli açıqlama

Azərbaycan bu səfərdən nə qazandı? Önəmli açıqlama

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər”.

Bunu "Yeni Sabah”a açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. Partiya sədri hesab edir ki, səfər çərçivəsində aparılan müzakirələr və verilən mesajlar Bakı ilə Belqrad münasibətlərinin uzunmüddətli və sistemli inkişaf perspektivinə malik olduğunu göstərir:

"Çox səmimi şəraitdə keçirilən ikitərəfli görüşlərin nəticələri göstərdi ki, iki ölkə arasında əlaqələr təkcə mövcud əməkdaşlıqla məhdudlaşmır. Bunu Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər də təsdiqləyir.

Cənab İlham Əliyevin vurğuladığı kimi, tərəflərin "gələcək üçün açıq-aydın planlarının” olması siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir. Xüsusilə beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi, birgə sərmayə layihələrinin icrası və enerji-nəqliyyat imkanlarının genişləndirilməsi – bütün bunlar iki ölkə münasibətlərini klassik diplomatik çərçivədən çıxarır. Bu yanaşma Azərbaycan–Serbiya tərəfdaşlığının strateji səviyyəyə yüksəldiyini təsdiqləyir və əlaqələri real iqtisadi məzmunla zənginləşdirir”.

Vəhdət Partiyasının sədri bildirir ki, səfərin diqqətçəkən məqamlarından biri Azərbaycanın Serbiyaya iri həcmli sərmayə yatırmağa hazır olduğunu bəyan etməsidir:

"Bu mesaj təkcə iqtisadi niyyət deyil, həm də Serbiyada formalaşmış əlverişli investisiya mühitinə verilən siyasi qiymətdir. Enerji infrastrukturu, xüsusilə elektrik stansiyalarının tikintisi və yenidən qurulması sahəsində mümkün fəaliyyət tərəfdaşlığın uzunmüddətli olacağını göstərir. Burada Serbiya Prezidenti Aleksandar Vuçiçin həyata keçirdiyi islahatların yaratdığı imkanlar ayrıca qeyd olunur”.


Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Serbiyaya qaz ixracını artırmaq qərarı, eyni zamanda bərpaolunan enerji və elektrik enerjisi istehsalı istiqamətində birgə fəaliyyət perspektivləri Avropa enerji təhlükəsizliyi kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Deməli, bu əməkdaşlıq təkcə ikitərəfli deyil, daha geniş regional ölçüyə malik olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək, xüsusilə enerji, investisiya və nəqliyyat sahələrində konkret layihələrlə möhkəmlənəcək. Mövcud dinamika iki ölkənin Avrasiya məkanında bir-birini tamamlayan tərəfdaşlara çevrildiyini göstərir”.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səfərin siyasi-psixoloji atmosferindən də danışır:

"Qarşılıqlı etimad, dostluq ritorikası və yaxın gələcəkdə yeni görüşlərin planlaşdırılması münasibətlərin formal diplomatiyadan kənara çıxaraq real tərəfdaşlıq müstəvisində inkişaf etdiyini göstərir. Prezidentin "Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” çağırışı bu münasibətlərin emosional və siyasi simvoluna çevrilir.

Ümumilikdə, Prezident İlham Əliyevin Serbiyaya səfəri yalnız diplomatik hadisə deyil, həm də Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri