Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.
Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















