Icma.az
close
up
RU
Azərbaycan cəlbedici investisiya məkanıdır

Azərbaycan cəlbedici investisiya məkanıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu il kapital qoyuluşu 16 milyard manata çatıb

Son illər bütün dünyada sabitlik məkanı kimi tanınan Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti əksər dövlətlər və beynəlxalq qurumlar tərəfindən bəyənilir, təqdir edilir. Dünyanın bir sıra nüfuzlu maliyyə qurumlarının 2024-cü il üzrə dərc etdiyi hesabatlarda Azərbaycanı cəlbedici investisiya ölkəsi kimi təqdim etməsi də bunu təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar–noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 910,3 milyon manat investisiya yönəldilib. İlin 11 ayında ölkənin neft-qaz sektoruna 5 milyard 67,2 milyon manat sərf edilib. Hesabat dövründə qeyri-neft-qaz sektorunun inkişafına yönəldilmiş 10 milyard 843,1 milyon manatlıq vəsaitin 1 milyard 46 milyon manatı və ya 6,6 faizi bu sənaye sahələrinin inkişafına xərclənib. Yanvar–noyabr aylarında ölkə üzrə sərf olunmuş ümumi sərmayənin 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Cari ilin 11 ayında ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların 56,7 faizi dövlət, 43,3 faizi isə qeyri-dövlət sektorunu təmsil edən sərmayədarların payına düşüb. Hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi investisiyanın 82,1 faizini təşkil edib. İnvestisiyaların 38,4 faizi sənaye, 24,9 faizi tikinti, 23,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi informasiya və rabitə, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi dövlət idarəetməsi və müdafiə, 0,8 faizi təhsil, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,5 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.

Yanvar–noyabr aylarında ölkə üzrə ümumi kapital qoyuluşunun 71,9 faizi tikinti-quraşdırma işlərinə xərclənib. Hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 81,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,6 faizini əsaslı təmir, 5,3 faizini cari təmir, 4,2 faizini sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,7 faizi isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib. Əsaslı kapital qoyuluşu hesabına Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, “Crescent Mall” ticarət mərkəzi, “Zəngilan” tankeri, “Landau School” Təhsil Kompleksi, “The Grand” apart hoteli, Böyükşor-Pirşağı yeni avtomobil yolu, Mərkəzi Parkın üçüncü hissəsi, Zəfər parkı, Gəncə şəhərində idman sarayı, Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksi, Cəbrayıl rayonunda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, Mehdi Mehdizadə adına tam orta məktəbi, yaşayış kompleksi, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunel, Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları, Lənkəran regional “Asan xidmət” mərkəzi, Qəbələdə 110/35/10 kilovoltluq “Hacıalılı” elektrik yarımstansiyası, Regional Təlim Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu, Şuşada yaşayış kompleksi, sutəmizləyici qurğular kompleksi, Zəngilan rayonunda “Ağalı” hoteli, “Zəngilan” və “Şayıflı” su elektrik stansiyaları, məscid, Rəqəmsal İdarəetmə Mərkəzi, “Sarıqışlaq” Su Elektrik Stansiyası və s. mühüm obyektlər ilin buraxılış obyektlərinin siyahısına daxil edilib.

Yeri gəlmişkən 2024-cü ildən etibarən Şərqi Zəngəzur iqtisadi rayonu üzrə də kredit qoyuluşlarına başlanılıb. Mərkəzi Bankın məlumatına görə, bu il dekabrın 1-dək bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə 17 milyon 392 min manat vəsait xərclənib. Bu göstərici üzrə orta faiz dərəcəsi isə 12,98 faiz təşkil edib. Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 16 milyon 695 min manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Cari ilin ötən dövründə ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2 milyard 843,8 manat investisiya yönəldilib. Ümumi xarici investisiyanın 2 milyard 736,4 milyon manatı (96,2 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri