Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda PUA lar sahəsində liderliyini qoruyur

Azərbaycan Cənubi Qafqazda PUA lar sahəsində liderliyini qoruyur

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməyə davam edir.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Geopolitical Monitor"un "Dron silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz müharibənin inteqrasiyası" məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illər "Iti qovan" kimi yerli istehsal da daxil olmaqla bir sıra yeni pilotsuz sistemləri silahlanmaya qəbul edib.

"Azərbaycanın aparıcı müdafiə istehsalçısı olan "Azərsilah" da dronların hazırlanması və istehsalında fəal iştirak edir. Yerli istehsal təşəbbüsləri ilə yanaşı, Azərbaycan "Bayraktar TB2" və "Akıncı" dronları da daxil olmaqla Türkiyə və İsrailin müxtəlif pilotsuz sistemlərin istismarına davam edir və gələcəkdə əlavə müasir PUA-lar əldə etməkdə maraqlı olduğunu bildirib. Ölkə həmçinin "Akıncı" dronları üçün ixtisaslaşmış təlim və texniki xidmət mərkəzləri yaradıb", - məqalədə bildirilir.

Müəlliflər həmçinin diqqəti ona yönəldirlər ki, 2021-ci ildə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müdafiə texnologiyaları, kadr hazırlığı və hərbi-sənaye inkişafı sahələrində ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirib. Onların qiymətləndirməsinə görə, Azərbaycan silah tədarükündən kənara çıxaraq, birgə dron istehsalı imkanlarını, eləcə də "Baykar"la daha geniş hərbi-sənaye əməkdaşlığını araşdıraraq, Türkiyənin müdafiə şirkətləri ilə əlaqələrini ardıcıl genişləndirir.

"Son illər tərəflər texnologiya mübadiləsi, sənaye əməkdaşlığı və "Baykar" sistemlərinin istehsalının Azərbaycanda potensial lokallaşdırılması ilə bağlı əməkdaşlıq müqavilələri və memorandumlar imzalayıblar. Bu, Bakının daha dayanıqlı yerli pilotsuz sistemlər istehsalının inkişafında uzunmüddətli marağını nümayiş etdirir. Beynəlxalq səviyyədə diqqət çəkən ən vacib inkişaflardan biri Azərbaycan Silahlı Qüvvələrinin heyətində ayrıca Pilotsuz Sistemlər Qoşunlarının rəsmi şəkildə yaradılması olub", - müəlliflər qeyd edirlər.

Müəlliflər Ukrayna təcrübəsinə istinad edərək vurğulayırlar ki, pilotsuz qüvvələrin institusionallaşdırılması döyüş meydanında daha effektiv koordinasiyanı və effektivliyin artırılmasını asanlaşdırır.

"2025-ci il hərbi paradında təmsil olunan bölmələrin ardıcıllığı yeni qoşunların Azərbaycan Hərbi Hava Qüvvələrinin strukturuna inteqrasiya olunduğunu göstərir. Azərbaycanın pilotsuz uçuş aparatları sahəsində imkanlarının genişlənməsi həmçinin hərbi xərclərin davamlı artımı ilə güclənir. Ölkənin müdafiə büdcəsi 2020-ci ildə təxminən 2,24 milyard dollardan 2026-cı ildə planlaşdırılan 5,1 milyard dollara qədər artıb ki, bu da Bakının hərbi modernləşdirmə və texnoloji inkişafa davamlı diqqətini əks etdirir", - məqalədə bildirilir.

Müəlliflər xatırladırlar ki, dronların hərbi məqsədlər üçün istifadəsinə bir neçə onilliklər əvvəl başlanılıb: ilk kəşfiyyat dronları Vyetnam müharibəsi zamanı istifadə olunub. Lakin, dron müharibəsinin inkişafında keyfiyyətcə yeni mərhələ 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı başlayıb və bu, pilotsuz sistemlərin əsas rol oynadığı ilk böyük dövlətlərarası münaqişəyə çevrilib.

"Geopolitical Monitor"un qiymətləndirməsinə görə, Azərbaycanın hücum dronlarından genişmiqyaslı istifadəsi onların zirehli texnikalara, artilleriya sistemlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək effektivliyini əyani şəkildə nümayiş etdirib və PUA-ların müasir müharibənin əsas elementi kimi statusunu möhkəmləndirib.

"Cənubi Qafqaz pilotsuz sistemlərin əhəmiyyətinin xüsusilə nəzərə çarpan olduğu regionlardan biri olaraq qalır. Qarabağ müharibəsinin təcrübəsi və ardınca Ukraynadakı müharibədən çıxarılan dərslər regional oyunçulara dronların XXI əsr müharibəsinin əsas silahı olduğunu göstərdi. Nəticədə, Cənubi Qafqazın hər üç dövləti pilotsuz müharibə imkanlarının inkişafına müxtəlif dərəcədə maraq göstərir, baxmayaraq ki, onların tətbiqinin miqyası əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycan hazırda yerli istehsalı, şaxələndirilmiş tədarükü və ixtisaslaşmış pilotsuz sistem strukturlarının yaradılması sayəsində pilotsuz sistemlərin inteqrasiyasında regional lider kimi açıq şəkildə ortaya çıxır", - müəlliflər fikirlərini yekunlaşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 İyul 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri