Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazın aparıcı gücü və təhlükəsizlik qarantı kimi çıxış edir POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan Cənubi Qafqazın aparıcı gücü və təhlükəsizlik qarantı kimi çıxış edir POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və ardınca da anti-terror əməliyyatları ilə öz süverenliyini bərpa etməsi sözsüz ki, ölkəmizin regional mövqeyi və beynəlxalq siyasətdəki rolunu daha da artırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu gün hər kəs qəbul edir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmiş ölkə olaraq rasional və praqmatik xarici siyasət kursu sayəsində regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilib: "Ölkəmizin xüsusilə də müharibədən sonra iqtisadiyyat, diplomatiya və milli təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq arenada güclü aktor kimi potensialını artırıb. Biz bunlara ərazi bütövlüyünün bərpası, nəhəng regional layihələrin həyata keçirilməsi, qərbin enerji təhlükəsizliyindəki rolumuz və beynəlxaq loqistik imkanlarımızla nail olmuşuq. Cənubi Qafqazda lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.

Çox vektorlu xarici siyasət, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığa paralel olaraq dünya siyasətinə birbaşa və dolayısı ilə təsir göstərə bilən ölkələrlə ikitərəfli münasibətlərdə də həyata keçirilir. Azərbaycan xüsusilə özünün iri enerji layihələrinin həyata keçirilməsi istiqamətində balanslı siyasət yürütməklə öz maraqlarını təmin edə bildi və bu gün də etməkdədir. Təsadüfi deyil ki, regional əməkdaşlıq platformalarının yaradılmasını təmin edən başlıca regional güc olan Azərbaycanın iştirakı olmadan bu gün bölgədə heç bir layihə gerçəkləşdirilə bilmiz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Digər tərəfdən ölkəmiz həm də Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verir. Məhz bütün bunlar ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı gücü - lider dövləti, təhlükəsizlik və inkişaf qarantı kimi çıxış edir və bu amil milli maraqlarımızın müdafiəsinə birbaşa təsir göstərir deyə bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri