Icma.az
close
up
RU
Cənubi Qafqazın sülh qarantı Azərbaycandır ŞƏRH

Cənubi Qafqazın sülh qarantı Azərbaycandır ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə separatçı, hərbi cinayətkarların məhkəməsi başladı. Bütün diqqətlər cinayətkarların etiraflarına kökləndi. O etiraflar məlumun elanı olsa da 30 illik işğal tarixində beynəlxalq təşkilatların ikili yanaşmasını bir daha ortaya qoydu.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı keçirilən mətbuat konfransında jurnalistlərin haqlı olaraq məzəmmət dolu sualları respublikamızın ədalət yolunda əzmlə irəlilədiyini gözlər önünə sərdi. Almaniyanın simasında bütün Avropanın 30 il ərzində Ermənistana heç bir təzyiq metodunun tətbiq olunmaması, 44 günlük müharibədə mülki şəxslərə qarşı hərbi cinayət törədən Ermənistan hökumətinə heç bir sanksiyanın keçirilməməsi haqqında sualların verilməsi mətbuat konfransının mahiyyətini açırdı. Sülh carçısı olmaq asandır, lakin sülh üçün əməli addımlar tərəflər arasında ikili yanaşmalar olmadan atılmalıdır.

Ölkə başçımız cənab İlham Əliyevin sülh danışıqları haqqında respublikamızın prinsipial mövqeyindəki məqamları açıqlaması bir çox məsələləri agah etdi: “O ki qaldı, həmin prinsiplərin ən əsasına, ən vacibinə, əlbəttə ki, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır - Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə - Azərbaycan ərazisində, - haraya ki, qanunsuz gəlmişdi, - mitinqdə elan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu gün bəziləri, - mən bunu bir neçə dəfə demişəm, - Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışırlar.” Hər zaman “məzlum” obrazında olan Ermənistanın yeni obrazı sülh danışıqlarını ləngitmək məqsədi güdsə də Azərbaycan Respublikasının diplomatiyada səriştəsi, qəti mövqeyi sülh gündəmini davamlı edir. Xüsusilə, Ermənistan konstitusiyasında və müstəqillik aktında Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, Azərbaycan Respublikasına qarşı açıq ərazi iddiası sayıldığı üçün bu bəndin çıxarılması əsas tələbdir. 1992-ci ildə yaradılmış və 30 ilə yaxın bir müddətdə heç bir əməli nəticə əldə etməmiş ATƏT-in Minsk qrupunun ləğvi də respublikamızın əsas tələbləri sırasındadır. Bu bir faktdır ki, ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi məsələni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri həll etdi.

Bu gün Qafqazda müvazinətlər dəyişib. Azərbaycan Respublikasının nəhəng layihələri, iqtisadi nüfuzu onu lider etdiyi halda Qarabağ uğrunda siyasi mübarizə nəticə vermirdi. “Cəzasızlıq cəsarət yaradır” məsəli var. İşğalçı Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməməsi, Dağlıq Qarabağda qondarma törəmə dövlətin qurulması, Qarabağın terror yuvasına döndərilməsi Qafqazda təhlükəsizliyin təminatına maneə idi. Artıq respublikanın suverenliyi bərpa edilib, regionun təhlükəsliyi bərpa edilib, yeni-yeni meqa layihələrə mühit yaradılıb.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutununərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri