Icma.az
close
up
RU
“Azərbaycan Çin əlaqələri strateji və iqtisadi səviyyədə güclənir” PƏRVANƏ VƏLİYEVA

“Azərbaycan Çin əlaqələri strateji və iqtisadi səviyyədə güclənir” PƏRVANƏ VƏLİYEVA

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın iqtisadi əməkdaşlığını genişləndirmək üçün platforma rolunu oynayır.

Təşkilat çərçivəsində enerji, kənd təsərrüfatı, turizm, nəqliyyat və yüksək texnologiyalar kimi sahələrdə layihələr həyata keçirilə bilər.

ŞƏT üzv ölkələri ilə birgə layihələrin həyata keçirilməsi Azərbaycanda iqtisadi sahələrdə yeni imkanlar yaradacaqmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir:

“Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi münasibətlər əməkdaşlığı daha da dərinləşməkdədir.

“Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşdırılmasını dəstəkləyirlər. Ticarət və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə müvafiq mexanizmlər və işçi qrupların yaradılması qərara alınmışdır.

Azərbaycan həm də Çin Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra xaricdə və ölkə daxilində daha çox investisiyalar qoyan ikinci ölkədir. Belə ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir”.

Deputat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır:

“Nəqliyyat sahəsində tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə də multimodal daşımalar, Çin-Avropa-Çin transxəzər marşrutlarının inkişafı, gömrük prosedurlarının asanlaşdırılması və regional qarşılıqlı əlaqələrin genişləndirilməsi vurğulanıb.

Çinlə Azərbaycan arasında imzalanmış yeni sənədlər logistikanın standartlaşdırılmasını, transsərhəd gömrük prosedurlarının təkmilləşdirilməsini və Çin-Avropa quru-dəniz marşrutunun səmərəliliyinin artırılmasını nəzərdə tutur. 2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımaların həcmi 378 min ton olub, bu, 85,6% artım deməkdir. Belə ki, avtomobil yolu ilə 52 min ton, dəmiryolu ilə 159 min ton, hava nəqliyyatı ilə 166 min ton yük daşınıb.

İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq, eləcə də təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşdırılması istiqamətində birgə fəaliyyətə dair razılıq əldə olunub. Bunun fonunda “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu Energetika Nazirliyi ilə Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb.

Bu əməkdaşlıq 2028-ci ildən sonrakı dövr üçün şəbəkəyə inteqrasiya imkanlarını təhlil etməyi və müvafiq texniki-iqtisadi həllərin hazırlanmasını nəzərdə tutur. Çin şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihəsinin inkişafı üzrə Anlaşma Memorandumu da imzalanıb. Bu memorandum çərçivəsində layihənin hüquqi, texniki və kommersiya baxımından inkişaf etdirilməsi üçün işçi qruplar və rəhbər komitə formalaşdırılacaq”.

Pərvanə Vəliyeva əlavə edib ki, Çinlə Parlament səviyyəsində də uğurlu əməkdaşlıq qurulmuşdur:

“Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Çin Xalq Nümayəndələri Ümumçin Yığıncağının Daimi Komitəsinin sədri Li Pen 2000-ci ilin iyun ayında, Li Janşu isə 2019-cu ilin sentyabr ayında Azərbaycana səfər etmişdir.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova 2024-cü il iyulun 12-də Sankt-Peterburqda keçirilən BRİCS ölkələrinin Parlament Forumu çərçivəsində Çin Xalq Nümayəndələri Ümumçin Yığıncağının Daimi Komitəsinin sədri Çjao Letsi ilə görüş keçirmişdir.

Qlobal Cənubun üzvü olan Azərbaycan və Çinin ikitərəfli əlaqələri dərinləşdirməklə yanaşı, çoxtərəfli əməkdaşlıq vasitəsilə daha ədalətli və inklüziv qlobal idarəetmə sistemini birgə təbliğ edirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri