Icma.az
close
up
RU
Azərbaycan Çin ikitərəfli investisiya təşviqi tədbiri keçiriləcək

Azərbaycan Çin ikitərəfli investisiya təşviqi tədbiri keçiriləcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siamen, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Çinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Siamen şəhər hökumətinin ev sahibliyi ilə keçiriləcək sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün ən önəmli beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmilərinin, 5 min şirkətin, 50 mindən çox iş adamının iştirakı gözlənilir.

Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

Sərginin 120 min kvadratmetrlik ekspozisiya sahəsində “Invest in Azerbaijan” vahid ölkə stendi fəaliyyət göstərəcək.

Stenddə Azərbaycanın makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunacaq, habelə sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında investorlar üçün təklif olunan imtiyazlar, vergi və rüsum azadolmaları, ölkənin nəqliyyat-tranzit potensialı, turizm resursları, habelə SOCAR, SOFAZ, AZPROMO, KOBİA və 4SİM haqqında məlumatlar yer alacaq.

Sərgi çərçivəsində Azərbaycan-Çin ikitərəfli investisiya təşviqi tədbiri təşkil ediləcək. Bundan başqa, Çin rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər, eyni zamanda, əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Siamen

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri