Çin Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı üçün yarım milyon manat xərclənib
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti” “Çin-Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı” nın təşkili ilə bağlı zəruri xidmətlərə 498.750,6 manat xərcləyib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Tikinti-Təchizat Birliyi bununla bağlı “İdeal Tours” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşıb.
“Çin-Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı” aprelin 17-də Pekində keçirilib.
Qeyd edək ki, “İdeal Tours” Məhdud Məsuliyyətli Cəmiyyət illərdir İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumların tenderlərinin qalibi seçilir. Şirkət beynəlxalq tədbirlərdə iştirakla bağlı təşkilati işlərin (viza, mehmanxana, nəqliyyat) görülməsi, tərcümə xidmətləri, ikitərəfli görüşlərin və konfransların keçirilməsi üçün görüş yerlərinin (zalın) və texniki avadanlıqların icarəyə götürülməsini reallaşdırır.
İxracın və İnvestisiyalarin Təşviqi Agentliyi bir sıra ölkədaxili və beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı müxtəlif xidmətlərin satın alınması, ölkə daxilində və xaricində ixrac və investisiyaların təşviqi ilə bağlı tədbirlərin təşkil edilməsi, ezamiyyə, təşkilati və digər xidmətlərlə bağlı 2020-ci ildə “İdeal Tours” MMC (VÖEN: 1502374231) ilə 300 min, 2022-ci ildə 890 min, 2025-ci ildə 857 min manatlıq müqavilələr imzalayıb.
“İdeal Tours” Məhdud Məsuliyyəli Cəmiyyəti ilə COP 29 ərəfəsində də müqavilə imzalanıb. Şirkət eləcə də nazirliyin xarici ezamiyyələri ilə bağlı aviabiletlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğularının mütləq qalibidir.
Milyonlarla müqavilələrin bağlandığı bu şirkətin rəsmi veb saytı belə yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 Aprel 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















