Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Azərbaycan Çin siyasi iqtisadi əlaqələri sürətlə artmaqdadır

Azərbaycan Çin siyasi iqtisadi əlaqələri sürətlə artmaqdadır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu dəfə də dünya miqyasında xüsusi diqqət cəlb edən hadisələrdən birinə çevrilmişdi. Bu tədbirdə dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir qayda olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyəti olan proqnozlar da verirlər. Azərbaycan da tədbirdə yüksək səviyyədə təmsil olunur. Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibədə bu məsələlərlə bağlı ölkəmizin siyasətinin əsas istiqamətləri və prioritetləri daha aydın şəkildə ortaya qoyulub.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da möhkəmlənəcəyini bildirib. 2024-cü ildə imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan ilə Çin arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinin əsasını qoyub. Bu Bəyannamənin imzalanması Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə balanslı və səmərəli siyasət həyata keçirdiyini göstərir. Azərbaycanın digər beynəlxalq tərəfdaşlarla, xüsusən də Çinlə olan əlaqələri ölkəmizin çoxvektorlu xarici siyasətinin və diplomatik uğurlarının bariz nümunəsidir.

Azərbaycan və Çin arasında qurulan bu strateji tərəfdaşlıq, təkcə iki ölkə arasında deyil, həm də qlobal miqyasda sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsində müstəsna rol oynayır. Həmçinin bu münasibətlər Azərbaycanın dünya üzrə müxtəlif tərəfdaşlarla olan əlaqələrini möhkəmləndirməsinə və daha geniş iqtisadi imkanlara sahib olmasına imkan yaradır.

Azərbaycanın müxtəlif coğrafi bölgələrdə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin qorunmasına verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilir. Bu, yalnız Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmir, həm də regional sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Azərbaycanın Avropa İttifaqının üzvü olan 10 ölkə ilə imzaladığı strateji tərəfdaşlıq bəyannamələri və Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi ölkəmizin nüfuzunu daha da artırıb və bununla da Azərbaycanın mövqeyini gücləndirən mühüm addımlar atılıb.

Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi üçün apardığı mübarizə ölkəmizin beynəlxalq hüquqa və öz milli maraqlarına sadiqliyini bir daha nümayiş etdirib. Bu, digər ölkələr üçün də nümunə olub və ölkəmizin beynəlxalq aləmdə daha böyük hörmət qazanmasına gətirib çıxarıb. Ümumilikdə, bu, Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki prinsipial yanaşmalarını aydın şəkildə göstərib.

Prezident İlham Əliyevin COP29-da verdiyi açıqlamalar isə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərində fəal iştirakını və inkişaf etmiş ölkələrlə bərabər şəkildə Qlobal Cənubun maraqlarını müdafiə etmək niyyətini əks etdirir. Azərbaycan bu məsələdə həm inkişaf etmiş ölkələrlə, həm də öz regional tərəfdaşları ilə birgə fəaliyyət göstərir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki fəallığı qlobal səviyyədə liderlik iddiasını dəstəkləyir və həmçinin regional əməkdaşlığın artmasına səbəb olur.

Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycanın iqtisadiyyatının və regionun ticarət imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın həm Avropa, həm də Asiya bazarlarına daha yaxın olmasına və bu bazarlarda daha böyük təsir gücünə sahiblənməsinə imkan yaradacaq. Azərbaycan, həmçinin ABŞ ilə əlaqələrində son dövrlərdə müəyyən gərginliklər yaşasa da, Prezident Donald Tramp dövründə əldə edilən müsbət təcrübə, qarşıdakı dövr üçün yeni imkanlar açacaq. Bu, Azərbaycanın beynəlxalq siyasətindəki çevikliyini və qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq bacarığını bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm öz milli maraqlarını qorumağa, həm də qlobal sabitlik və regional inkişafın dəstəklənməsinə öz töhfələrini verməyə davam edir. Bu, Azərbaycanın dünya miqyasında siyasi və iqtisadi gücünün artmasına səbəb olur. Azərbaycanın xarici siyasətində əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirməkdə və qlobal miqyasda daha geniş təsir imkanları əldə etməkdə mühüm rol oynayır.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri