Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələri regionun iqtisadi xəritəsini dəyişir ŞƏRH

Azərbaycan Çin əlaqələri regionun iqtisadi xəritəsini dəyişir ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çin Azərbaycanın həcminə görə 4-cü ticarət tərəfdaşıdır". Bu fikirlərlə brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış edib. O qeyd edib ki, hər iki ölkənin aktiv əməkdaşlığı daha da genişlənir və zaman keçdikcə bu münasibətlər yüksək xətlə inkişaf edir: "Azərbaycan tərəfinin iki ölkənin əməkdaşlığına dair açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollar həcmində olub. 

Bu isə 37 faiz artım deməkdir. Bu mənada Çin ölkənizin 4-cü ticarət tərəfdaşıdır. İxraca görə isə bu mövqe 2-ci yerdə qərarlaşıb. Hazırda tərəflər yüksək səviyyəli əməkdaşlığın daha da dərinləşməsi yollarını müzakirə edir. Bu əsasən yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələri özündə ehtiva edir". Həmçinin, səfir xatırladıb ki, bu ilin aprelində Çin sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev "Hərtərəfli Birgə Fəaliyyət Planı" imzalayıblar. Onun sözlərinə görə, bu planda Azərbaycanın qlobal sivilizasiya təşəbbüsünü dəstəklədiyi qeyd olunub. Səfir vurğulayıb ki, planda tərəflərin bir-birinin qlobal sjvilizasiyalararası dialoqun dəstəklənməsinə yönələn səylərini dəstəklədiyi, Çinin isə Azərbaycanın "Bakı təşəbbüs" adlanan planına, o cümlədən bütün qlobal forum və platformalardakı təşəbbüslərinə hərtərəfli dəstək verdiyi açıq şəkildə bəyan edilib: "Hər iki ölkənin birgə səyləri nəticəsində sivilizasiyalararası mübadilənin dəstəklənməsi, Azərbaycanın isə BMT çərçivəsində Çinin irəli sürdüyü təşəbbüslərə dəstəyi, habelə bu təşəbbüslərin birgə irəliləməsi son dərəcə vacibdir. Həmin səy və təşəbbüslər ölkələr arasındakı qarşılıqlı münasibətlərdə hər hansı maneələrin dəf edilməsinə, habelə münaqişələrdən imtinaya və birgə dostluq və əməkdaşlığa yönəlib".


İqtisadçı-ekspert Pərviz Heydərov "Sherg.az"a bildirib ki, Çin ilə qarşılıqlı iqtisadi, siyasi, habelə digər münasibətlərə ölkəmiz müstəqillik əldə etdiyi ilk gündən bəri böyük önəm verir. Ekspertin sözlərinə görə, çünki bu münasibətlər həm ölkəmiz, həm Çin, həm də bütün region, hətta qitələrarası əlaqələr üçün çox böyük əhəmiyyəti kəsb edir: 


"Burada Azərbaycanımızın əlverişli coğrafi mövqedə yerləşməsi də xüsusən önəm daşıyır. Odur ki, ikitərəfli münasibət və əlaqələrimizə Çin də böyük əhəmiyyət verir və xüsusi diqqət ayırır. Azərbaycan ÇXR-in sədri Si Cinpin tərəfindən irəli sürülən "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olub. Söhbət, sözdə deyil, əməli surətdə olan dəstəkdən gedir. Dövlət başçımız İlham Əliyev də qeyd etmişkən, Azərbaycan "Kəmər və yol" layihəsinin reallaşması üçün istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra ikinci ölkədir ki, daha çox investisiyalar qoyub. Bunun nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi təkcə 2024-cü il ərzində 378 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çox deməkdir. Ümumiyyətlə, Çinlə əməkdaşlıq Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı üçün çox böyük perspektivlər açır. Bu, yerli istehsalın inkişafı deməkdir. Qeyd olunan amil bizim üçün nömrə bir prioritet sayılır. Belə ki, Çin ilə Avropa arasında tranzit ölkəyə çevrilməyimiz ölkəmizdə iqtisadiyyatın inkişafına təkan rolunda çıxış edir ki, biz, bunun nəticələrini tam olaraq indi deyil, hələ qarşıda görəcəyik".


Ekspert vurğulayıb ki, ölkəmiz ilə Çin arasında çox geniş və şaxəli iqtisadi və ticarət əlaqələri mövcuddur:

 "Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı sayılır. İdxalımızın da az qala 20 faizə yaxın hissəsi bu ölkənin payına düşür. Biz, Çindən əsas etibarı ilə qeyri-ərzaq məhsulları alırıq. Bura daxildir müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik mallar və sair. Pandemiya ilində Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdu. Lakin real olaraq Çindən gətirilən mal və məhsulların çeşidi çoxalır".


P.Heydərov qeyd edib ki, hazırda iki ölkə arasında yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyalar cəlbi sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır: 

"Son vaxtlar Çindən ölkəmizə elektromobillərin idxalı daha geniş xarakter alıb. Ümumiyyətlə, görünən budur ki, bu ölkə ilə ticarət dövriyyəmiz getdikcə daha sürətlə genişlənəcək və artacaq. Bunu həm, ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin inkişafı, həm də beynəlxalq ticarət münasibətlərinin və əlaqələrinin gərginləşməsi özü də şərtləndirəcək". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri