Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Azərbaycan COP29da həm də qlobal problemlərin həlli istiqamətində liderliyi ilə seçildi RƏY AZƏRTAC

Azərbaycan COP29da həm də qlobal problemlərin həlli istiqamətində liderliyi ilə seçildi RƏY AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

COP29 Azərbaycanın həm təşkilatçılıq bacarığına, həm də iqlim dəyişikliyi ilə mübarizədə prinsipial mövqeyinə görə seçildi. Konfransın uğurlu nəticələri Azərbaycanın qlobal çağırışlara çevik cavab verə bilmək və müxtəlif səviyyələrdə səmərəli əməkdaşlıq qurmaq qabiliyyətini bir daha sübut etdi. Bütün maneələrə baxmayaraq, COP29 iqlim siyasəti tarixində mühüm dönüş nöqtəsi oldu və bu uğurun təməlində Azərbaycanın məqsədyönlü fəaliyyəti dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev söyləyib.

Onun sözlərinə görə, konfransın əvvəlində bəzi maraqlı tərəflərin təzyiqləri və əməkdaşlıqdan yayınma cəhdləri COP29-un effektiv keçməsi üçün ciddi maneələr yaratdı. Lakin Azərbaycan nümayəndə heyətinin diplomatik ustalığı və çevik yanaşması sayəsində bu maneələr dəf edildi. COP29 çərçivəsində Azərbaycanın qlobal problemlərin həllindəki rolu bir daha vurğulandı. Qəbul edilmiş qərarlar Azərbaycanın təşəbbüsü ilə formalaşan “ədalətli iqlim keçidi” prinsipinə əsaslanır və bu, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstəyin artırılmasını nəzərdə tutur. Bu yanaşma, bir tərəfdən iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılmasına yardım edir, digər tərəfdən isə ölkələr arasında həmrəyliyi gücləndirir.

Konfrans iştirakçılarının Azərbaycanın külək və günəş enerjisi potensialını beynəlxalq ictimaiyyətə təqdim etməsini yüksək qiymətləndirdiyini vurğulayan O.Mirzəyev deyib: “COP29 çərçivəsində imzalanan müqavilələr və tərəfdaşlıq razılaşmaları ölkəmizin enerji sektorunda dayanıqlılıq və innovasiya ilə bağlı strateji planları həyata keçirmək üçün mühüm təkan olacaq. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji istehsalında və ixracında regional lider kimi mövqeyini gücləndirən təşəbbüsləri konfransın mühüm nailiyyətlərindən biri kimi qiymətləndirildi. COP29 çərçivəsində Azərbaycanın liderliyi ilə regionda karbon emissiyalarını azaldan multimodal nəqliyyat şəbəkəsinin inkişafı üçün yeni proqramlar təqdim olundu. Bu təşəbbüs Xəzər hövzəsi və Mərkəzi Asiyanı əhatə edən ekoloji cəhətdən səmərəli nəqliyyat dəhlizlərinin yaradılmasına yönəldi”.

O.Mirzəyev qeyd edib ki, Azərbaycan COP29-da beynəlxalq ictimaiyyətin diqqətini ölkənin yalnız iqlim dəyişikliyinə qarşı mübarizədə deyil, həm də humanitar sahədəki səylərinə yönəltdi. Konfrans çərçivəsində Azərbaycan ekoloji fəlakət zonalarında yaşayan insanların hüquqlarının qorunmasına və onların yaşayış şəraitinin yaxşılaşdırılmasına dair xüsusi təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslər xüsusilə, iqlim dəyişikliyindən əziyyət çəkən icmalar üçün sosial ədalət prinsipinin təmin olunmasına yönəldi və bu, beynəlxalq səviyyədə geniş dəstək qazandı.

“Bütün bu uğurlar Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunu bir daha təsdiq edir. Azərbaycan yalnız konfransın texniki və təşkilati tərəflərini mükəmməl şəkildə təmin etməklə kifayətlənmədi, həm də qlobal problemlərin həllində liderliyi ilə seçildi. Ölkəmiz bir daha sübut etdi ki, həm milli maraqlar, həm də beynəlxalq öhdəliklər arasında tarazlığı qorumaq mümkündür. COP29 Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, yaşıl və innovativ iqtisadiyyat qurmaq üçün möhkəm təməl oldu”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri