Icma.az
close
up
RU
QHTlər COP29da yerli və beynəlxalq səviyyədə ekoloji problemlərin həlli üçün şəbəkələşmə imkanları əldə etdilər RƏY AZƏRTAC

QHTlər COP29da yerli və beynəlxalq səviyyədə ekoloji problemlərin həlli üçün şəbəkələşmə imkanları əldə etdilər RƏY AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 Azərbaycanın sosial, iqtisadi və ekoloji sahələrdə yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu tədbir ölkəmizin təkcə beynəlxalq nüfuzunu artırmadı, həm də cəmiyyəti ekoloji problemlərə daha həssas yanaşmağa təşviq etdi. Minlərlə xarici nümayəndənin iştirakı ilə baş tutan bu qlobal konfrans Azərbaycan üçün çoxşaxəli imkanlar açdı. İlk növbədə, COP29 turizm və xidmət sektoruna birbaşa iqtisadi fayda gətirdi. Konfrans müddətində otelçilik, iaşə və nəqliyyat xidmətlərinə tələbin artması yerli biznes üçün əlavə gəlir mənbəyi yaratdı. Xüsusilə kiçik və orta sahibkarlar bu tədbirdən böyük fayda götürərək, öz fəaliyyətlərini genişləndirdi. Bununla yanaşı, yerli şirkətlər öz məhsul və xidmətlərini sərgilər və forumlar vasitəsilə beynəlxalq auditoriyaya təqdim edərək yeni işgüzar əlaqələr qurmaq şansı əldə etdilər.

Bu fikirləri “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə AZƏRTAC-a açıqlamasında söyləyib.

Konfransın əhəmiyyətinə toxunan QHT sədri bildirib ki, COP29 çərçivəsində qəbul ediləcək qərarlar ekoloji sosial layihələrin inkişafına da təkan verəcək. Bu mötəbər tədbir yaşıl inkişafın və beynəlxalq əməkdaşlığın yeni nöqtəsinə çevrilib: Ağacəkmə kampaniyaları, təkrar emal mərkəzlərinin yaradılması, yaşıl enerji təşəbbüsləri kimi layihələr ətraf mühitin qorunması ilə yanaşı, insanların həyat keyfiyyətini artırdı. Xüsusilə şəhərlərdə yaşıllıq sahələrinin genişləndirilməsi cəmiyyətin rifahını artırmaqla yanaşı, ekoloji mədəniyyətin formalaşmasına töhfə verdi. Bu prosesdə qeyri-hökumət təşkilatlarının rolu xüsusilə diqqətəlayiq oldu. QHT-lər COP29 çərçivəsində yerli və beynəlxalq səviyyədə ekoloji problemlərin həlli üçün şəbəkələşmə və əməkdaşlıq imkanları əldə etdilər. Onlar müxtəlif müzakirələrdə və şəbəkə görüşlərində iştirak edərək, yeni tərəfdaşlıqlar qurdular və birgə layihələr üçün əsas yaratdılar. Bundan əlavə, QHT-lərin maarifləndirmə fəaliyyətləri cəmiyyətin ekoloji məsələlərə daha həssas yanaşmasını təmin etdi. Məsələn, təşkil edilən seminarlar, mühazirələr və sərgilər vasitəsilə əhali, xüsusilə gənclər arasında ekoloji məsuliyyət anlayışı daha da gücləndirildi. COP29-da Azərbaycan QHT-ləri mərkəzi güc mənbəyinə çevrildi”.

COP29-un həm də beynəlxalq əməkdaşlıq üçün unikal platforma təqdim etdiyini vurğulayan C.Hüseynzadə bildirib: “Azərbaycan müxtəlif təcrübələrdən faydalanaraq, yaşıl texnologiyaların tətbiqini genişləndirmək imkanını əldə etdi. Enerji səmərəliliyini artırmaq, karbon emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid sahəsində qlobal təcrübələrin öyrənilməsi ölkəmizin ekoloji problemlərin həllində qabaqcıl mövqe tutmasına şərait yaratdı. Eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün də yaxşı bir nümunə yardı. Bu konfransın daha bir əhəmiyyətli tərəfi sosial həmrəyliyin güclənməsinə verdiyi töhfə oldu. COP29 vasitəsilə Azərbaycan cəmiyyəti ekoloji problemlərin yalnız dövlət və ya biznes məsuliyyəti deyil, eyni zamanda fərdi səviyyədə hər kəsin töhfə verə biləcəyi bir məsələ olduğunu anladı. Bu tədbir həm də Azərbaycanın davamlı inkişaf yolunda irəliləməsinə xidmət etdi”.

QHT sədri qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, həm də strateji əhəmiyyətli addım oldu: “Bu tədbir vasitəsilə ölkəmiz ekoloji problemlərlə mübarizədə fəal iştirak etməklə yanaşı, cəmiyyətin rifahını və gələcək nəsillərin sağlam yaşamaq hüququnu təmin etmək üçün mühüm qərarlar qəbul etdi. QHT-lərin, dövlət və özəl sektorun birgə səyləri Azərbaycanın davamlı inkişaf yolunda irəliləməsini təmin etdi və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı. COP29 Azərbaycanın gələcəyinə yönəlmiş bir baxışın təcəssümü oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri