Icma.az
close
up
RU
Azərbaycan COP29un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb Moratinos

Azərbaycan COP29un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb Moratinos

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakıda işinə başlayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir. İştirakçılar arasında ənənəvi dinlərin liderləri, müxtəlif konfessiyaları təmsil edən, eləcə də dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələri var.

BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos da tədbirdə iştirak edərək iqlim dəyişikliyi ilə mübarizədə mənəvi məsələnin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, “Report” Migel Angel Moratinosdan COP29-dan gözləntiləri və dini liderlərin sammiti barədə təəssüratlarını bölüşməsini xahiş edib:

- Azərbaycanın BMT ilə əməkdaşlığını, ölkənin təşkilatınızın fəaliyyətindəki aktivliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman güclü olub. Çünki ölkəniz həmişə fəal iştirak edib və BMT dövlətlərinin beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipini müdafiə edib. Əvvəldən Azərbaycan və BMT yaxşı, konstruktiv tərəfdaşlar olublar.

Bu gün hətta bir çox təşəbbüslər sayəsində konstruktiv tərəfdaş olublar. Çünki COP29-un təşkilində BMT-nin tam etimadı var. İqlim gündəliyi bu günlərdə BMT-nin əsas prioritetlərindən biridir.

Bu, Azərbaycanın bütün aktual tədbirlərdə iştirak etdiyini, BMT-nin bütün vacib mövzularına, eləcə də çağırışlarla mübarizəyə cəlb olunduğunu göstərir. Düşünürəm ki, bunun burada sülh və rifaha töhfə verən mühüm regional əhəmiyyəti var.

Azərbaycan, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşı və müttəfiqidir. “Bakı prosesi”, ölkənizin təşkil etdiyi bütün beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası, dinlərarası dialoq yaradılmasında, həmçinin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsində və bəşəriyyətin xilas edilməsi üzrə BMT mandatında fəal rol oynayır.

- Siz Azərbaycanın müxtəlif tədbirlərində iştirak etmisiniz və COP29-a hazırlıqların gedişatı ilə tanış olmusunuz. Bakıdakı iqlim konfransından gözləntiləriniz nədir?

- Azərbaycanın beynəlxalq konfransların təşkilində böyük təcrübəsi var.

Bilirsiniz, onlar həmişə çox uğurlu olub. Hər dəfə Azərbaycanda beynəlxalq konfrans və ya sammit keçiriləndə nəticələr əla olur. Biz COP29-un uğurunu təmin etmək üçün Azərbaycanın indiyədək gördüyü təşkilati işlərə görə çox nikbinik.

- Hazırkı tədbir - Dini Liderlərin Qlobal Sammiti barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, o, lazımi vaxtda keçirilir. Bu, Azərbaycanın innovativ yanaşmasının daha bir sübutudur. Düşünürəm ki, ölkə liderləri, qərar qəbul edənlər Bakıya COP29-un iqlim məsələlərini müzakirə etməyə gəlməzdən əvvəl bugünkü sammitdə edilən müraciətləri nəzərə almalıdırlar. Çünki etika, prinsiplər, dəyərlər, dini həssaslıq, mənəviyyat nəzərə alınmasa, iqlim dəyişikliyi ilə mübarizədə yaxşı nəticələr əldə etmək çox çətindir.

Beləliklə, dini liderlərin töhfəsi olmadan planetin xilası problemini yalnız elm və texnologiya ilə həll etmək çox çətin olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see226

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see211

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see160

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see134

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri