Icma.az
close
up
RU
Moratinos: Azərbaycan COP29un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb Xəbər saytı Son xəbərlər və Hadisələr

Moratinos: Azərbaycan COP29un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda işinə başlayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.

İştirakçılar arasında ənənəvi dinlərin liderləri, müxtəlif konfessiyaları təmsil edən, eləcə də dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələri var.

BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos da tədbirdə iştirak edərək iqlim dəyişikliyi ilə mübarizədə mənəvi məsələnin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

"Report" Migel Angel Moratinosdan COP29-dan gözləntiləri və dini liderlərin sammiti barədə təəssüratlarını bölüşməsini xahiş edib:

- Azərbaycanın BMT ilə əməkdaşlığını, ölkənin təşkilatınızın fəaliyyətindəki aktivliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman güclü olub. Çünki ölkəniz həmişə fəal iştirak edib və BMT dövlətlərinin beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipini müdafiə edib. Əvvəldən Azərbaycan və BMT yaxşı, konstruktiv tərəfdaşlar olublar.

Bu gün hətta bir çox təşəbbüslər sayəsində konstruktiv tərəfdaş olublar. Çünki COP29-un təşkilində BMT-nin tam etimadı var. İqlim gündəliyi bu günlərdə BMT-nin əsas prioritetlərindən biridir.

Bu, Azərbaycanın bütün aktual tədbirlərdə iştirak etdiyini, BMT-nin bütün vacib mövzularına, eləcə də çağırışlarla mübarizəyə cəlb olunduğunu göstərir. Düşünürəm ki, bunun burada sülh və rifaha töhfə verən mühüm regional əhəmiyyəti var.

Azərbaycan, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşı və müttəfiqidir. "Bakı prosesi", ölkənizin təşkil etdiyi bütün beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası, dinlərarası dialoq yaradılmasında, həmçinin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsində və bəşəriyyətin xilas edilməsi üzrə BMT mandatında fəal rol oynayır.

- Siz Azərbaycanın müxtəlif tədbirlərində iştirak etmisiniz və COP29-a hazırlıqların gedişatı ilə tanış olmusunuz. Bakıdakı iqlim konfransından gözləntiləriniz nədir?

- Azərbaycanın beynəlxalq konfransların təşkilində böyük təcrübəsi var.

Bilirsiniz, onlar həmişə çox uğurlu olub. Hər dəfə Azərbaycanda beynəlxalq konfrans və ya sammit keçiriləndə nəticələr əla olur. Biz COP29-un uğurunu təmin etmək üçün Azərbaycanın indiyədək gördüyü təşkilati işlərə görə çox nikbinik.

- Hazırkı tədbir - Dini Liderlərin Qlobal Sammiti barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, o, lazımi vaxtda keçirilir. Bu, Azərbaycanın innovativ yanaşmasının daha bir sübutudur. Düşünürəm ki, ölkə liderləri, qərar qəbul edənlər Bakıya COP29-un iqlim məsələlərini müzakirə etməyə gəlməzdən əvvəl bugünkü sammitdə edilən müraciətləri nəzərə almalıdırlar. Çünki etika, prinsiplər, dəyərlər, dini həssaslıq, mənəviyyat nəzərə alınmasa, iqlim dəyişikliyi ilə mübarizədə yaxşı nəticələr əldə etmək çox çətindir.

Beləliklə, dini liderlərin töhfəsi olmadan planetin xilası problemini yalnız elm və texnologiya ilə həll etmək çox çətin olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri