Icma.az
close
up
RU
COP29un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm hadisədir

COP29un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm hadisədir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi bir vaxtda ölkəmizə qarşı çirkin kampaniyanın aparılacağı gözlənilən idi. Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə göstərdiyi etimad – COP29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaradıb. Bu gün həmin qüvvələr var gücləri ilə Azərbaycana qarşı hərəkətə keçiblər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı həmin qüvvələrə tutarlı cavab verdi. Dövlətimizin başçısının cavabı Sammit iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bu o deməkdir ki, bəzi Qərb dövlətləri özlərindən başqa bütün dövlətlərə yuxarıdan aşağı baxır. Azərbaycan Prezidentinin mötəbər tribunadan səsləndirdiyi bu fikirlər günümüzün acı reallığını əks etdirir.

İlk dəfə olaraq COP29 kimi mötəbər tədbirin yüksək tribunasından qərbin riyakar siyasəti çılpaqlığı ilə ortaya qoyuldu. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırması qlobal sammitdə faş edildi. Həqiqətən də Qərb siyasətçiləri digər ölkələri, xalqları geridə qalan toplum kimi görürlər. Bu isə heç cür qəbul edilən deyil.

Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır.

Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir.

Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.

Təəssüflər olsun ki, Fransa kimi ölkənin Prezidenti Emmanuel Makron XIX əsrin əvvəllərində yaşamış fransız siyasətçi, dövlət xadimi Şarl de Taleyranın siyasi xəttini davam etdirir. Taleyran bir-birinə zidd ittihamları bir sandığa qoyaraq siyasi təhdid yolu ilə özünü haqlı çıxarmaq qabiliyyətinə malik idi. Bu gün Makron iqtidarı da demokratiya, insan haqlarının müdafiəsi adı altında Azərbaycanı etnik təmizləmədə ittiham edir. Azərbaycanı etnik təmizləmədə, Qarabağdakı erməniləri ölkədən zorla çıxarmaqda ittiham etmək, yumşaq desək, vicdansızlıqdır. Otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamış, yüz minlərlə vətəndaşımızı yurd-yuvalarından didərgin salmış, Qarabağ kimi gözəl məkanı xarabalığa çevirmiş erməniləri haqlı tərəf kimi dünyaya təqdim etmək olduqca qeyri-etik siyasətdir. Prezidentin də qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri