Icma.az
close
up
RU
“Azərbaycan çox güvənli bir ölkədir” Türkiyəli bloger ölkəmizdə gördüklərindən danışdı VİDEO

“Azərbaycan çox güvənli bir ölkədir” Türkiyəli bloger ölkəmizdə gördüklərindən danışdı VİDEO

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan bir çox sahələrdə gözləntilərin üzərindədir və burada yaşamaq həm rahat, həm də təhlükəsizdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hande adlı türkiyəli sosial media istifadəçisi sosial şəbəkə paylaşımında qeyd edib. O,  Azərbaycanda qarşılaşdığı fərqlilikləri diqqətə çatdırıb.

Hande ilk olaraq piyadalara verilən önəmi vurğulayıb:

“Bu ölkədə piyadaya çox önəm verirlər. Tıxac zamanı belə yol verilir. Şəhərdə də, rayonda da bu qayda dəyişmir. Amma bunu Türkiyədə etsək, ölmək qarantili bir iş etmiş olarıq. Amma burada tıxacın çoxluğu heç problem deyil. Yəni piyadaya hörmət yüksək səviyyədədir”.

O, apteklərlə bağlı da maraqlı müşahidələrini bölüşüb:

“Apteklər 24 saat, hər gün açıqdır. Türkiyədəki kimi növbətçi aptek axtarmaq məcburiyyətində qalmırsınız. Bir dərmana ehtiyacınız olarsa, 7/24 sizə köməkçi olurlar.

Optiklərdə göz müayinəsi edilir. Türkiyədə belə bir şey yoxdur. Məsələn, burada gözlüyünüzü itirsəniz və göz nömrəsini bilmirsinizsə, optiklərdə müayinə edib sizə göz nömrəsi verə bilirlər”.

Təmizlik qaydalarından danışan Hande Azərbaycandakı cərimələrin ciddi şəkildə tətbiq olunduğunu qeyd edib:

“Yerə zibil ata bilməzsiniz. Cəzaları var. Səhərlər xanımlar küçələri təmizləyir. Yollar axşama qədər mütəmadi olaraq süpürülür. Daşmış zibil qabları görə bilməzsiniz. Hər yer çox təmizdir”.

Hande, Azərbaycanda mədəni tədbirlərin də diqqətdən kənarda qalmadığını bildirib:

“Azərbaycanda maraqlı tədbirlər olmur deyirlər. Onlara təəccüblənirəm. Məsələn bu gün (mayın 18-də - red.) avtomobil sərgisi var idi”.

O, Azərbaycanla bağlı pozitiv müşahidələrinə şəxsi münasibətləri də əlavə edib:

“Ad günləri və toylar çox təmtəraqlı keçirilir. Hər yerdə gül dükanları var. Doğum edən bir qadının olduğu xəstəxana çiçəklərlə bəzədilir. Küçədə bir kişinin həyat yoldaşına və ya sevgilisinə gül apardığını görmək mümkündür”.

Hande həmçinin xəstəxanalardakı ödənişlərə də diqqət çəkib:

“Xəstəxanalarda müayinə xərci var. Yəni özəl xəstəxanalarda. Dövlət xəstəxanaları bilmirəm. Etdirəcəyiniz analizlər üçün ekstra pul ödəyirsiniz. Türkiyədəki kimi bütün müayinələr bir məbləğ daxilində deyil. Məsələn, rentgenə, qan analizinə, təkrar müayinəyə gəldiyiniz zaman – bunların hər birinə ayrı bir məbləğ ödəyirsiniz”.

“Azərbaycanda irqçilik varmı” sualına isə Hande belə cavab verib:

“Məndən “Azərbaycanda irqçilik yaşanırmı” deyə sual soruşublar. Xeyr yaşanmır. Sizə pis davranan bir insan görə bilmərsiniz. Yəni, mən belə bir hadisə yaşamadım. Əksinə çox qonaqpəvər bir xalqdır. Onlar sizə “Xoşgəlmişsiniz” deyərkən bunu içdən söylədiyini hiss edə bilirsiniz. Sizə kömək edirlər. Ən kiçik bir şeyə görə köməyə ehtiyac olarsa, bunun üçün çalışarlar. Yeməyə getdikdə türk olduğunuzu bildikdə sizə pis davranmaz əksinə daha çox maraqlanar, yaxşı davranarlar”

Azərbaycana önyarğı ilə baxmamağı tövsiyə edən Hande respublikamızın həqiqətən çox gözəl bir ölkə olduğunu vurğulayıb.

“Bura nizamlı, təmiz, güvənlidir. Həqiqətən çox güvənli bir ölkədir. Məsələn, əgər narahat olduğunuzu kimsə hiss edərsə, sizi narahat edən oradan sağ çıxmaz, əmin olun”.

Hava limanı təcrübəsi ilə bağlı da müsbət təəssüratlarını bölüşən Hande əlavə edib:

“Başqa hava limanında təyyarədən endiyiniz an internetə bağlanırsınız. Türkiyədəki kimi cihazı, pasportu oxutmaq kimi uzun-uzadı işlərə gərək yoxdur”.

Taksinin çox uyğun olduğunu söyləyən Hande bildirib ki, bir yerə gedərkən çox pul ödəməyə gərək yoxdur:

“Bakı çox komfortlu bir yaşam təqdim edir”.

O, həmçinin Azərbaycan mətbəxindən danışıb və qeyd edib ki, burada ac qalmaq mümkün deyil:

“Ağız dadınıza uyğun gəlməyəcək bir yemək yoxdur. Yeməkləri çox gözəldir və çox gözəl edirlər”.

Sonda isə o, bölgələrə də səfər etməyi tövsiyə edib:

“Sadəcə Bakını deyil, Qəbələ, Quba kimi yerləri də gəzmək lazımdır”.

Handenin bu paylaşımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və bir çox izləyici tərəfindən müsbət rəylərlə qarşılanıb.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri