Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqustun 2-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək. SİA xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.
Milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi isə müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Bildirilib ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Bu mövzuda digər xəbərlər:Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
19 May 2025 13:23
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə imtahan baş tutacaq
03 İyul 2025 17:26
Cüdo federasiyası Bakıda kəmər dərəcələri üzrə imtahan keçirəcək
20 Avqust 2025 12:04
Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
19 İyun 2025 13:10
Şəkidə kəmər dərəcələri üzrə rəsmi cüdo imtahanı keçiriləcək
16 Oktyabr 2025 12:46
Baxış sayı:62
Bu xəbər 25 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















