Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 24-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək. Bu barədə SİA-ya ACF-nin mətbuat xidmətindən məlumat verilib.
Milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahanın 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıq olduğu bildirilib.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə imtahan baş tutacaq
03 İyul 2025 17:26
Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
19 İyun 2025 13:10
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
09 Mart 2025 23:44
ACF nin təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib FOTOLAR
24 May 2025 18:05
Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan
10 Dekabr 2024 14:56

