Icma.az
close
up
RU
Azərbaycan D8ə iqtisadi güc qatacaq

Azərbaycan D8ə iqtisadi güc qatacaq

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mürəkkəb geosiyasi şəraitdə bu gün heç bir ölkənin böhran və təhdidləri təkbaşına həll edə bilməməsi məlum həqiqətdir. Buna görə də müxtəlif müttəfiqlik mexanizmlərinin yaranması təsadüfi xarakter daşımır. Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Stiven Uoltun dediyi kimi, dövlətlər təkcə gücə deyil, həm də təhdidlərə cavab olaraq birləşirlər. Ona görə də proqramları məqsəd və siyasətləri ilə üst-üstə düşən ölkələrin ittifaqlara girməsi təbiidir. Dünya miqyasında önəmli aktor olan Azərbaycanın milli maraqlara cavab verən birliklərə üzv olması günün reallığına uyğun olmaqla yanaşı, ölkəmizin malik olduğu potensialın ittifaqın daha da güclənməsinə təkan verəcəyi ilə də maraq doğurur. 

Səkkiz inkİşaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı 27 illik fəaliyyətində ilk dəfə olaraq öz sıralarını genişləndirdi – Azərbaycan “İslam Səkkizliyi”nə qoşuldu. Ölkəmiz dekabrın 19-da təşkilatın Qahirədə keçirilən XI sammitində yekdilliklə D-8-in üzvü seçildi. Əlbəttə, Azərbaycanın namizədliyinin dəstəklənməsi D-8 ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılan D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənməyə qərar verdi. Yeni üzv Azərbaycan oldu və bu, əlbəttə ki, ölkəmizin dünyada oynadığı önəmli rola verilən yüksək qiymət kimi dəyərləndirilir. 

“İslam Səkkizliyi”nin malik olduğu potensial çox böyükdür. Dünya müsəlmanlarının 60 faizini birləşdirən və ümumi daxili məhsul istehsalı ( DM) 4 trilyon dollar olan D-8 təşklatına üzv qəbul edilməyimiz Azərbaycan üçün yeni imkanlar açır. Azərbaycan bu təşklatın üzvü kimi İslam həmrəyliyinin gücləndirilməsinə və enerji , kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsnə töhfə verəcək. Eyni zamanda, D-8-ə üzvlük Azərbaycanın iqtisadi və strateji maraqlarına cavab verən platforma təmin edəcək və ölkəmizə beynəlxalq arenada daha geniş təsir dairəsinə malik olmağa imkan yaradacaq.

Bugünkü toqquşmalar və siyasi gərginlik fonunda geniş regionumuzda  təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan özünün geosiyasi mövqeyi, geniş iqtsadi potensalı və müasir nəqliyyat infrastrukturu sayəsində özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqlədiyi artıq danılmaz faktdır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Bundan başqa, dünyada islamofobyanın, ekstremizmin və radikalizmin gücləndiyi bir dövrdə D-8 təşkilatı çərçivəsində İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərin birləşdirilməsi vacibdir. Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynayan, İslam dünyasının mədəniyyət, din və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan multikulturalizm və tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfə verir. Müsəlman ölkələr ilə dostluq və qardaşlıq münasibətlər olan Azərbaycanın D-8-ə qoşulması ölkəmizin İslam həmrəyliyinin möhkəmlənməsinə göstərdiyi səylərini daha da gücləndirəcək.

Əlbəttə, Azərbaycanın D-8-ə tamhüquqlu üzv seçilməsi onun uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bu, kifayət qədər çoxvektorludur, ölkəmizin maraqlarına cavab verir, İslam dünyası ilə əlaqələr xarici siyasət prioritetlərimizin tərkib hissəsidir. Mütəxəssislərin sözlərnə görə, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsini qarşısına əsas məqsəd kimi qoyan Azərbaycan D-8-in fundamental prinsiplərinin qorunub saxlanmasında mühüm rol oynayacaq və bu təşkilat çərçivəsində ölkələrlə əməkdaşlığın dərinləşməsi üçün lazım olan addımları atacaq. Çünki ölkəmiz İslam dünyasının ən mühüm sivilizasiya, din və mədəniyyət mərkəzlərindən biri sayılır. Azərbaycan İslam dəyərlərinin təbliğinə, İslamofobiya ilə mübarizəyə və İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verir.

Təbii ki, güclü iqtsad-ticari göstəricilər D-8 təşklatının yüksək iqtsadi potensalını müəyyən edir. Üzv ölkələrin iqtisadiyyatlarının əhəmiyyətli artım templərinə və təşklatın dünya ticarətindəki mühüm roluna əsaslanan analitiklər orta müddətli perspektivdə D-8-in mühüm iqtisadi güc mərkəzinə çevriləcəyinə inanırlar. Bu baxımdan Azərbaycanın bu təşkilata qoşulması təb olaraq bütövlükdə təşkilatın iqtisadi artım templərinin artmasına gətirib çıxaracaq.

Eyni zamanda, Azərbaycanın D-8-ə üzv olması Prezident İlham Əliyevn  güclü, qətiyyətli və uğurlu xarici siyasətinin növbəti məntiqi nəticəsidir. Bu, həm də Azərbaycanın dünya arenasında artan nüfuzunu, sabit, sürətlə inkşaf edən, güclü iqtisadi potensiala malik ölkə kimi beynəlxalq ictmaiyyətin ona olan inamını nümayiş etdirir. Ölkəmizin D-8-ə üzv olması Azərbaycanın hazırda sabit ictmai-siyasi sabitliyə malik sürətlə inkşaf edən dövlətlərdən biri olduğunu, yüksək iqtisadi göstəricilər əldə etdiyini və dünya ictimaiyyətinin rəğbətini qazandığını təsdiqləyr.

Bir sözlə, Azərbaycanın geosiyasi mövqeyi, geniş iqtisadi potensalı, strateji əhəmiyyətli tranzit məntəqələr, inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən br kimi D-8-ə üzvlüyü təşkilatı daha da gücləndirəcək. Ən əsası, ölkəmizin D-8-ə qoşulması daha bir beynəlxalq təşkilatda iştirakı ilə yanaşı, əlaqələrin daha da möhkəmlənməsi, Azərbaycanın dünya miqyasında sözünün güclənməsi baxımından böyük naliyyətdir.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri