Icma.az
close
up
RU
Siyasi və iqtisadi arenada güclü Azərbaycan, üzv kimi qəbul olunduğu D8 təşkilatına güc qatacaq

Siyasi və iqtisadi arenada güclü Azərbaycan, üzv kimi qəbul olunduğu D8 təşkilatına güc qatacaq

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlara imza atılır. Bu günlərdə biz yeni bir böyük nailiyyətə imza atdıq. İslam ölkələri iqtisadi təşkilatına - "D-8" adlanan quruma Azərbaycanın yekdilliklə üzv qəbul edilməsi dediklərimizə bariz nümunədir. Otuz ildən çox idi ki, bu təşkilat yenilənmirdi və yeni üzvlər qəbul etmirdi. Yekdilliklə bütün ölkələr tərəfindən Azərbaycanın bu təşkilata üzv olması bizim gücümüzün, eyni zamanda həm regional, həm qlobal anlamdakı nüfuzumuzun artması ölkəmizi bu təşkilata üzv olmaqla yeni bir mərhələyə daşıdı. Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın və iki ölkə başçılarının bu məsələdə fikirlərini söyləməsi, ölkəmizin bu təşkilata verəcəyi fayda barədə bəyanatda düşüncələri ölkə başçımız tərəfindən qiymətləndirildi. Cənab İlham Əliyev dost ölkələrin rəhbərlərinə öz təşəkkürünü də bildirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, "D-8" çox böyük və milyardlarla ticarət dövriyyəsi olan bir təşkilatdır, müsəlman dünyasının 60 faizdən yuxarısının əhalisini özündə birləşdirir. Deputat qeyd edib ki, Azərbaycanın bu təşkilata üzv olması ölkəmiz üçün yeni iqtisadi imkanlara zəmin yaradır, siyasi gücünü artırır. Bu da dost ölkələrlə birlikdə Azərbaycanın qlobal arenada sözünün çəkisini daha da artırır.

Vüqar İskəndərov

“Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi spektrdən baxsaq, təşkilatın ölkəmiz üçün çox böyük faydası olacaq. Azərbaycanın da bu təşkilata çox böyük fayda gətirəcəyi şübhəsizdir. Azərbaycanın çox vacib coğrafi ərazidə yerləşməsi, yeraltı və yerüstü sərvətləri ilə regionda çox vacib mövqedə olması, "D-8"-ə daxil olan ölkələrlə ikitərəfli münasibətlərin formalaşması təbii olaraq Azərbaycanı regionun önəmli bölgələrdən biri olduğunu sübut edir. Azərbaycanın gələcəyə hesablanmış perspektiv planları, Azərbaycanın siyasi gücü, Azərbaycan prezidentinin dünya arenasında nüfuzlu liderlər arasında olması, ölkəmizin sürətlə inkişaf etməsi Azərbaycanın da bu təşkilata böyük fayda verəcəyindən xəbər verir. "D-8" artıq "D-9" modelində Azərbaycanın da inkişaf etməkdə olan İslam Ölkələri Təşkilatına üzvü kimi daha da güclənəcək və qarşılıqlı faydalı fəaliyyətlə həm üzv ölkələrinin, həm də təşkilatın özünün gücünü daha da artıracaq”-deyə Vüqar İskəndərov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri