Icma.az
close
up
RU
Azərbaycan Davos Forumunda etibarlı tərəfdaş kimi qəbul edilir

Azərbaycan Davos Forumunda etibarlı tərəfdaş kimi qəbul edilir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın 30 ilə yaxındır ki, fəal iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verir”. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Davosada yüksək etimad qazanmış ölkədir: “Ölkəmiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər. Bakıda Davos Forumunun keçirilməsini ekspertlər Azərbaycanın iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər. Çünki ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biri idi. 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu”.

Aydın Hüseynov qeyd edib ki, Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb: “Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. Həmçinin 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda davam edən 55-ci Forum şərçivəsində Cənab Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlər, hökumət üzvləri ilə apardığı siyasi dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri