Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Azərbaycan reallıqları Davos forumunda uğurla təqdim olunur Deputat

Azərbaycan reallıqları Davos forumunda uğurla təqdim olunur Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişiklikləri ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, dünya artıq klassik beynəlxalq hüquq mexanizmlərinin dominant olduğu mərhələdən çıxaraq yeni, daha mürəkkəb və ziddiyyətli bir mərhələyə daxil olub. Bu mərhələdə dövlətlərin davranışlarını müəyyən edən əsas amil çox zaman hüquqi normalar deyil, real güc balansı və milli potensialdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz davranış çərçivəsi kimi qəbul edilmir.

"Məhz bu reallıq strateji yanaşmanın əsasını təşkil edir. Qarşıya qoyulan məqsəd milli maraqlara uyğun konkret nəticələr əldə etməkdən ibarət olub və bütün addımlar beynəlxalq hüquqa tam riayət edilməklə atılıb. Prezident İlham Əliyevin sözügedən müsahibəsində siyasi inkişafdan tutmuş suverenliyin və ərazi bütövlüyünün bərpasına qədər görülən bütün işlərin beynəlxalq hüquq və ümumbəşəri dəyərlərlə uzlaşdığı diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin müsahibəsində beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğu vurğulanıb. Bu erada prosesləri artıq qanunun aliliyi deyil, “güc qaydası” müəyyənləşdirir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr, davam edən müharibələr və qeyri-sabitlik bu tendensiyanın real təzahürüdür. Belə bir şəraitdə hər bir dövlətin öz strategiyasını və siyasətini real potensialına uyğun qurması mütləq zərurətə çevrilir. Xüsusilə regional müstəvidə etibarlı münasibətlərin formalaşdırılması, paralel olaraq qlobal miqyasda çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması əsas prioritet kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi müsahibədə qeyd olunan məqamlardan biridir. Bu mükafat 30 ildən artıq davam edən qanlı münaqişələrdən, müharibə və qarşıdurmalardan sonra Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərə verilən yüksək beynəlxalq qiymət kimi təqdim olunub. Region yeni inkişaf mərhələsinə daxil olur və artıq bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Bu, müstəqillik tarixində ilk dəfə yaşanan, həm psixoloji, həm də strateji baxımdan mühüm imkanlar açan bir mərhələdir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi müsahibənin əsas mövzularından biri olub. Uzun illər düşmənçilik və qarşıdurma üzərində qurulan münasibətlər tədricən əməkdaşlıq müstəvisinə transformasiya olunub. Ermənistan istiqamətində yüklərin daşınmasına tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanması regional iqtisadi əməkdaşlığın real nümunəsi kimi təqdim edilib. Bu proses bütün tərəflər üçün faydalıdır, əsas məqsəd Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaqdır.

Prezident İlham Əliyevin müsahibəsində daxili təhlükəsizlik məsələlərinə toxunaraq bildirib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlanır, bu səbəbdən qonşuluqda sabitliyin qorunması və regional mühitin proqnozlaşdırıla bilən olması strateji əhəmiyyət daşıyır. Regionda sülh, sabitlik və təhlükəsizlik istənilən dövlət üçün ən böyük sərvət kimi qiymətləndirilir. İşğal və müharibə təcrübəsi yaşamış bir cəmiyyət üçün sülh dəyəri ölçüyəgəlməzdir.

Enerji bazarları ilə bağlı qiymətləndirmələr müsahibədə qeyd olunan məsələlərdən biridir. Neftin qiymətinin hazırda sabit səviyyədə qalması və bu səviyyənin məqbul hesab olunması qlobal bazarların nisbətən balanslı vəziyyətdə olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrində baş verən gərginliklərin qiymətlərə ciddi təsir etməməsi hasilatçı və istehlakçı ölkələr üçün gələcəyi planlaşdırmaq baxımından mühüm üstünlük yaradır. Prezident İlham Əliyev enerji təhlükəsizliyi kontekstində vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlətdir. Regionun digər ölkələri uzun illərdir bu enerji resurslarını məhz ölkəmizdən idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, 16 ölkəyə təbii qaz ixracı və onların 10-nun Avropa İttifaqının üzvü olması bu əməkdaşlığın strateji miqyasını nümayiş etdirir. Boru kəməri qazının coğrafi əhatəsinə görə dünya üzrə birinci yeri tutması ölkəmizin enerji siyasətinin mühüm göstəricisidir. Təbii resurslar, müasir nəqliyyat infrastrukturu və boru kəmərləri Avropa bazarı üçün etibarlı tərəfdaş obrazını gücləndirir.

Dövlətimizin başçısı Avropa Parlamentinin davamlı tənqidlərinə münasibət məsələsində isə açıq və prinsipial mövqe sərgiləyib. Artıq bu qurumun qərəzli mövqeyinə reaksiya verilməməsi şüurlu siyasi seçimdir. Bu yanaşma müstəqil siyasəti qəbul edə bilməyən xüsusi lobbi qruplarının fəaliyyəti ilə izah edilir. Avropa Komissiyası ilə əməkdaşlıq davam etdirilir, lakin Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əlaqələr uzun müddətdir dayandırılıb. Xüsusilə Ağ Evdə sülh müqaviləsinin paraflandığı bir vaxtda Avropa Parlamentinin ittihamlarının ziddiyyətli və əsassız olduğu məlumdur". 

Ümumilikdə, Davosdan verilən bu müsahibə qlobal güc balansının dəyişdiyi bir dövrdə milli maraqlara söykənən, praqmatik və balanslı siyasətin real nəticələr verdiyini nümayiş etdirən konseptual baxış kimi dəyərləndirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri