Icma.az
close
up
RU
Azərbaycan Davos Forumunda liderlik nümunəsi göstərir Deputat

Azərbaycan Davos Forumunda liderlik nümunəsi göstərir Deputat

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanın uzun illərdir fəal şəkildə qatıldığı beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu mühüm əhəmiyyət kəsb edir. Bu il 55-ci dəfə təşkil olunan Forumda qlobal iqtisadi problemlər geniş müzakirə olunur, müxtəlif panel iclaslar keçirilir. Nüfuzu yüksək olan Davos Forumu, burada aparılan müzakirələrə böyük diqqət cəlb edir".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Davos Forumunun əhəmiyyətini şərh edərkən dedi. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Davos Forumunda yüksək nüfuza malikdir:

"Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması nəticəsində 2013-cü ilin 12 aprelində Dünya İqtisadi Forumunun bir iclası Bakıda təşkil edilib. Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın iqtisadi və siyasi uğurlarının təsdiqi kimi dəyərləndirilir. İlk dəfə olaraq Forumun Qafqaz və Mərkəzi Asiya regionunda keçirilməsi, Azərbaycanın bölgədəki əhəmiyyətinin göstəricisi olmuşdur. Azərbaycanla Davos Forumu arasında tərəfdaşlığın nəticəsi olaraq, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz müasir texnologiyalara əsaslanan sürətli inkişaf, regional rəqəmsal əməkdaşlıq və rəqabətqabiliyyətli insan kapitalının inkişafına əhəmiyyətli töhfələr verir".

Millət vəkili dünyada Azərbaycana xüsusi marağın olduğunu bildirdi.

"Cənubi Qafqazda lider mövqeyə malik Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə yeni uğurlar qazanır ki, bu da beynəlxalq arenada ölkəmizə olan marağın artmasına səbəb olur. Bu da Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Hazırda keçirilən 55-ci Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin aparıcı şirkət rəhbərləri ilə keçirdiyi görüşlər və hökumət üzvləri ilə apardığı siyasi müzakirələr, Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş və qüdrətli dövlət olduğunu bir daha sübut edir", - deyə Aydın Hüseynov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri