Azərbaycan Davos Forumunun Sənaye Klasterlərinə Keçid təşəbbüsünə qoşulub
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum - WEF) "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulub.
525.az-a bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində işlər davam etdirilir.
Strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın WEF-in "Sənaye Klasterlərinə Keçid" qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.
Sənəd Prezident İlham Əliyevin WEF-in illik toplantısında iştirakı çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.
Bu tərəfdaşlıq ölkəmizdə sənaye klasterlərinin yaradılmasına, biznes fəaliyyətinin səmərəli istehsal modellərinə adaptasiyasına, qabaqcıl rəqəmsal texnologiyaların istifadəsinə və karbon emissiyalarının azaldılmasına təkan verəcək.
Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "SOCAR Polymer" və "SOCAR Karbamid" müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan "NextGen" sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.
WEF-in "Sənaye Klasterlərinə Keçid" təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri baxımından bir-biri ilə bağlı olan sənaye müəssisələrinin karbonsuzlaşma, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədilə koordinasiyalı fəaliyyətini nəzərdə tutan müasir sənaye modelidir. Hazırda təşəbbüs müxtəlif ölkələrdən onlarla sənaye klasterini əhatə edən qlobal əməkdaşlıq şəbəkəsi kimi fəaliyyət göstərir və yaşıl transformasiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
Dünya İqtisadi Forumu tərəfindən 2021-ci ildən həyata keçirilən bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir. Təşəbbüsə qoşulmuş klasterlər 877 milyon ton karbon dioksid ekvivalentinin azaldılmasına imkan yaradır, 508 milyard ABŞ dolları həcmində qlobal ÜDM-ə töhfə verir və 4,6 milyon iş yerini dəstəkləyir. Bu göstəricilər təşəbbüsün qlobal enerji keçidi və sənaye transformasiyasında strateji rolunu nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycanın WEF-in "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) koordinasiyası ilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















