Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

525 ci qəzet Azərbaycan Davos Forumunun mühüm iştirakçısıdır

525 ci qəzet Azərbaycan Davos Forumunun mühüm iştirakçısıdır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu günlər dünya liderləri, qlobal iqtisadiyyat və maliyyə sahəsində nüfuzlu şəxslər, tanınmış ictimai xadimlər, ekspertlər, elm adamları əsas problemləri və gələcək hədəfləri müzakirə etmək üçün İsveçrənin Davos şəhərində bir araya gəliblər. Sayca 55-ci olan Dünya İqtisadi Forumu 20-24 yanvar tarixlərində "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında keçirilir. Forumda 3000-ə qədər iştirakçı, o cümlədən 60 dövlət və hökumət başçısı, ümumilikdə 130-dan çox ölkədən 350 nümayəndə iştirak edir. Tədbirə 900 nəfəri yüksək səviyyəli rəhbər olmaqla 1600 iş adamının qatılacağı gözlənilir.

Forumda 5 əsas istiqamət üzrə müzakirələr aparılır. Bunlar bunlar inkişafın yenidən dizayn edilməsi - güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrinin müəyyən olunması, intellektual əsrdə sənayelər, insan kapitalının inkişafına investisiya qoyuluşu, planetin mühafizəsi və etimadın bərpasıdır. Yəni getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Bu mənada həm beynəlxalq, həm də cəmiyyətlər daxilində həllərin işlənib hazırlanması üçün yeni əməkdaşlıq yollarının tapılması diqqət mərkəzindədir. Məlumata görə, süni intellekt mövzusu da müzakirə edilən məsələlər sırasındadır.

Qeyd edək ki, bu forumun dünyadakı siyasi və iqtisadi proseslərə böyük təsiri var. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır

Onu da qeyd edək ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. O, həmin il Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini Davosa toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ?hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Dövlət başçısı bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib.

Davos Forumunun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

Azərbaycan ilk dəfə 1995-ci ildə bu forumda təmsil olunub. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Azərbaycanın ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev ?Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ?resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ?istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.? O bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildən bu yana hər il foruma qatılır. Onu da qeyd edək ki, Azərbaycan lideri Davos Forumunun ən çox gözlənilən və istənilən iştirakçılarından biridir. Hazırda dövlət başçısı forumda iştirak edir. Prezident forum çərçivəsində yüksək səviyyəli görüşlər keçirir, eyni zamanda dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə danışıqlar aparır. Bütün bu görüşlər, müzakirələr ölkəmizin dünya üçün əhəmiyyətini, iqtisadi cəhtdən cəlbediciliyini göstərir.

İlham Əliyev hər zaman Azərbaycanın prespektivini, həqiqətlərini, ölkəmizin inkişafı barədə məsələləri iştirakçıların diqqətinə çatdırır. Eyni zamanda, dünyanın aparıcı mediaları vasitəsilə bir sıra mühüm və aktual məsələlərə öz münasibətini bildirir. Dövlət başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Bu gün Azərbaycan regionun lider dövlətidir və qlobal səviyyədə nüfuzu günü-gündən artmaqdadır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, yaşıl enerji sahəsində də böyük potensiala malikdir və bu istiqamətdə gündəliyini inkişaf etdirməkdədir. Ötən ilin noyabrında ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi, məhz Azərbaycanın səyləri ilə mühüm nəticələrin əldə edilməsi bir daha ölkəmizin ətraf mühütin, iqlimin qorunmasında rolunu göstərdi. Eyni zamanda, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməkdə davam edir, qeyri-neft sektorunu inkişaf etdirir. Bütün bu faktorlar Azərbaycanın Davos kimi platformalar üçün əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev Davos forumlarında qlobal gündəmin ən aktual məsələlərinə diqqət çəkir, açıq və qətiyyətli mövqe sərgiləyir, vacib təşəbbüslər, təkliflər irəli sürür.

Prezident İlham Əliyev 2020-ci il yanvarın Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında moderatorunun suallarını cavablandırarkən çox maraqlı bir dialoq baş verdi.

Moderator "Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?" sualına Prezident İlham Əliyev: "Bakıya cavabını vermişdi".

"Bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq".

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Davos İqtisadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqtisadi Forumu dünyanın ən böyük forumu hesab olunur.

Deputat bildirib ki, Azərbaycan Davos İqtisadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqtisadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların və eləcə də, daha geniş auditoriyaya ölkəmizin strateji baxışlarının təqdimatı baxımından da çox əhəmiyyətlidir.

Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşür və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq dünən bir sıra görüşlər həyata keçirilmişdir.

Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtiva edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər.

Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri