Icma.az
close
up
RU
“Sənaye klasterlərinə keçid”ə təcrübi baxış

“Sənaye klasterlərinə keçid”ə təcrübi baxış

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumu (DİF) Sumqayıt Sənaye Parkının rezidentləri üçün “Sənaye klasterlərinə keçid” təşəbbüsünə dair işgüzar görüş təşkil edib.

Tədbir DİF-in “Sənaye klasterlərinə keçid” təşəbbüsü çərçivəsində yaradılmış “NextGen” Sənaye Klasterinin məqsədlərinin müzakirəsi, klaster iştirakçılarının təşəbbüs barədə məlumatlandırılması, eləcə də sənaye müəssisələri arasında dekarbonizasiya, innovasiya və dayanıqlı inkişaf üzrə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Qeyd edək ki, Azərbaycan cari ilin yanvar ayında Davos Forumu çərçivəsində DİF-in “Sənaye klasterlərinə keçid” təşəbbüsünə qoşulub. Bu istiqamətdə 4SİM-in koordinasiyası ilə İZİA, “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin əməkdaşlığı əsasında Sumqayıt Sənaye Parkında “NextGen” sənaye klasteri formalaşdırılıb.

DİF-in “Sənaye klasterlərinə keçid” təşəbbüsünün rəhbəri Yurgen Sandstrom və DİF-in ekspertləri qeyd edilən təşəbbüsün üstünlükləri, qlobal təcrübə və klaster idarəetmə modeli barədə təqdimatlar keçirilib. Görüşdə “NextGen” sənaye klasterinin əsas performans göstəriciləri təqdim olunub, klasterin idarəetmə modeli, gələcək inkişaf istiqamətləri və tərəfdaşlıq imkanları müzakirə edilib. Vörkşopda SOCAR-la yanaşı, Sumqayıt Sənaye Parkının 10-dan çox rezident müəssisəsinin nümayəndələri də iştirak ediblər. DİF nümayəndə heyəti Sumqayıt Sənaye Parkının infrastruktur və istehsal imkanları, eləcə də “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrinin fəaliyyəti ilə tanış olub.

DİF-in “Sənaye klasterlərinə keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri üzrə əlaqəli müəssisələrin karbonsuzlaşma, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı istehsal modeli üzrə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Təşəbbüsə qoşulmuş 39 klaster qlobal miqyasda 870 milyon ton CO₂ ekvivalentinin azaldılmasına, 808 milyard ABŞ dolları həcmində ÜDM töhfəsinə və 6,6 milyon iş yerinin dəstəklənməsinə imkan yaradır ki, bu da təşəbbüsün strateji əhəmiyyətini göstərir.

Sumqayıt Sənaye Parkında yaradılmış “NextGen” sənaye klasteri Azərbaycanın sənaye transformasiyası, yaşıl iqtisadiyyata keçid və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkı, təxminən, 640 hektar ərazini əhatə edir və kimya, polimer, metallurgiya, maşınqayırma və tikinti materialları sahələrində fəaliyyət göstərən rezident müəssisələri bir araya gətirir.

“SOCAR polymer” və “SOCAR karbamid” parkın əsas rezidentləri sırasında yer alır. Bu günədək parka 5,7 milyard manata yaxın investisiya yatırılıb və parkda 6 mindən artıq iş yeri yaradılıb.

N.ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see271

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see264

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see256

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see250

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see239

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see238

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see238

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see232

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see228

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see227

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see223

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see222

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see210

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see208

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see205

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see201

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see201

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see200

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see195

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri