Icma.az
close
up
RU
Azərbaycan Dəmir Yolları 145 illik inkişaf yolu

Azərbaycan Dəmir Yolları 145 illik inkişaf yolu

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan dəmir yolları 145 illik zəngin tarixi ərzində təkcə nəqliyyat infrastrukturu kimi deyil, həm də ölkənin iqtisadi, sosial və geosiyasi inkişafında aparıcı dayaqlardan birinə çevrilib. XIX əsrin sonlarında neft sənayesinin inkişafı ilə başlayan bu yol təkcə mədənləri və zavodları birləşdirməklə kifayətlənməyib, həm də ölkəni regionun ən mühüm tranzit mərkəzlərindən birinə çevirib.

Tarixi irs: Azərbaycan dəmir yollarının təşəkkülü və inkişaf mərhələləri

Azərbaycan Dəmir Yollarının təməli 1880-ci il yanvarın 20-də Bakı-Sabunçu-Suraxanı xəttinin açılışı ilə qoyulub. Bu, təkcə nəqliyyat infrastrukturunun deyil, həm də Azərbaycanın iqtisadi, sənaye və sosial həyatında yeni bir mərhələnin başlanğıcı idi. İlk vaxtlar bu xətt neftin vaqon-sisternlərlə daşınması məqsədilə inşa olunsa da sonradan sərnişin daşımaları da həyata keçirilməyə başlandı. Məhz bu xətlə dünyada ilk dəfə olaraq neft vaqon-sisternlərlə daşınmağa başladı ki, bu da Azərbaycanın nəinki regionda, hətta dünya nəqliyyat tarixində oynadığı avanqard rolu təsdiqləyir.

1883-cü ildə Bakı-Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın Xəzər dənizi sahilləri Qara dənizlə dəmir yolu vasitəsilə birləşdirildi. Bu marşrut Bakı neftinin Cənubi Qafqaza və Avropa bazarlarına daha səmərəli çatdırılmasına imkan yaratdı. 1884-cü ildə istifadəyə verilmiş “Tiflis vağzalı” isə Bakının sənaye mərkəzi kimi artan rolunun simvoluna çevrildi.

1900-cü ildə Bakı-Dərbənd-Port-Petrovsk (indiki Mahaçqala) xəttinin çəkilməsi ilə Azərbaycan ərazisi Rusiya imperiyasının geniş dəmir yolu şəbəkəsi ilə birləşdirildi. Bu, Bakı neftinin şimala çıxarılmasında mühüm dönüş nöqtəsi oldu.

1926-cı ildə SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolunun, Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi Azərbaycan dəmiryolçularının yenilikçiliyini və qabaqcıl təfəkkürünü nümayiş etdirdi. Bu yenilik əhalinin rahat və sürətli nəqliyyat xidmətlərinə çıxışını təmin etdi. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycan dəmir yolları təkcə arxa cəbhənin yükdaşıma ehtiyaclarını deyil, həm də canlı qüvvənin və hərbi texnikanın cəbhəyə çatdırılmasında əvəzsiz rol oynadı. 600 mindən artıq sisternlə neft məhsulları, 700 min vaqonla müxtəlif yüklər ön cəbhəyə göndərildi.

1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil status qazandı. Bu qərar dəmir yollarının struktur və idarəetməsində daha sistemli və lokal həllərin tətbiqinə şərait yaratdı. 1979-cu ildə isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Bu xətt Qarabağ bölgəsinin Bakı ilə daha sürətli və müntəzəm nəqliyyat əlaqələrini təmin edərək sosial-iqtisadi inkişafa təkan verdi.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində dəmir yolu şəbəkəmizin mühüm hissələri 240 kilometrdən çox xətt işğal olundu. Bu, nəqliyyat infrastrukturuna ağır zərbə vurdu. Lakin müstəqillik dövründə, xüsusilə 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması ilə dəmir yollarımız yeni dövrə qədəm qoydu.

2010-cu illərdən etibarən modernləşmə prosesləri daha da sürətləndi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ildə istifadəyə verilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas oyunçusuna çevrildiyini göstərdi. 2018-2020-ci illərdə Abşeron dairəvi dəmir yolunun tam istismara verilməsi Bakı və ətraf ərazilərin nəqliyyat imkanlarını xeyli genişləndirdi.

Vətən müharibəsi zamanı dəmir yolları təkcə logistik mərkəz deyil, həm də strateji infrastruktur kimi fəaliyyət göstərdi. Qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə dəmir yollarının yenidən qurulmasına dərhal başlanıldı.

2020-ci illərdə dəmiryol sektorunda əhəmiyyətli yeniliklər davam etdi: modern vağzallar, beynəlxalq marşrutların genişləndirilməsi, yeni texnikanın alınması və nəhayət, 2025-ci ildən Bakı-Balakən istiqamətində müntəzəm sərnişin daşımalarının başlanması. Bu illər həm də Azərbaycanın polad yollarının yenidən dirçəliş dövrü kimi yadda qalır.

Geostrateji əhəmiyyət: Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolu

Azərbaycan son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi ardıcıl və strateji siyasət nəticəsində beynəlxalq nəqliyyat dəhlizlərində mühüm iştirakçıya çevrilib. Azərbaycanın coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişməsində yerləşməsi bu sahədə geniş imkanlar yaratsa da təkcə bu amil kifayət deyil. Əsas nəticələr məqsədyönlü investisiyalar, çoxtərəfli əməkdaşlıq və səmərəli idarəetmə ilə əldə olunub.

Tranzit daşımaların əsas infrastruktur dayağını təşkil edən dəmir yolları bu sahədə aparıcı rol oynayır. Son illərdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) ölkə ərazisindən keçən tranzit yükdaşımalarının təşkilində mühüm nəticələr əldə edib. 2024-cü ildə ADY 18,5 milyon ton yük daşıyaraq 2023-cü illə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib. Bu artım əsasən tranzit, idxal və ixrac rejimləri üzrə qeydə alınıb.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Orta Dəhliz ölkənin beynəlxalq logistika sistemindəki rolunu daha da gücləndirib. Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən keçən bu dəhliz son illərdə yeni alternativ qollarla şaxələndirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bu dəhliz Avropaya birbaşa çıxış əldə edib. 2007-ci ildə imzalanan saziş əsasında reallaşan bu layihə 2017-ci ildə istismara verilib. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. 2024-cü ildə Gürcüstan hissəsində modernləşmə işləri başa çatdırılaraq xəttin illik yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bu, ölkəmizin regional tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Orta Dəhliz çərçivəsində Çinlə əməkdaşlıq da sürətlə inkişaf edir. 2024-cü ildə Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu göstərici əvvəlki illə müqayisədə 25 dəfədən çoxdur. Bakıdan Çinə ilk ixrac konteyner qatarının göndərilməsi isə tranzit marşrutlarının qarşılıqlı inkişafını təmin edir.

Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Bakı şəhərində Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı Xəzər vasitəsilə birləşdirən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Bu təşəbbüs Orta Dəhlizin Cənub qolunun inkişafını stimullaşdırır. Şimal-Cənub dəhlizində də Azərbaycanın rolu əhəmiyyətli dərəcədə güclənməkdədir. Bu dəhliz Avropa ilə Hind okeanı regionunu birləşdirən strateji arteriya kimi çıxış edir. 2024-cü ildə Azərbaycan ilə Rusiya arasında dəmiryol daşımalarının inkişafını nəzərdə tutan saziş imzalanmış, İranla Astara terminalının inkişafı üzrə yeni əməkdaşlıq mərhələsinə keçilib. Astara terminalının rekonstruksiyası tamamlanıb, sürətli gömrük-keçid sistemi yaradılıb, multimodal daşımalar üçün zəruri şərait təmin olunub. Burada tətbiq edilən endirimli tariflər və yeni logistika həlləri sayəsində tranzit yüklərin həcmi 10-15 faiz artıb. 2024-cü ildə Şimal-Cənub dəhlizi ilə ölkə ərazisindən 814 min ton yük daşınıb ki, bu da ötən illə müqayisədə 28 faizdən çox artım deməkdir.

Nəticə etibarilə, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu təkcə coğrafi mövqe ilə deyil, həm də düşünülmüş siyasət, gücləndirilmiş infrastruktur, davamlı əməkdaşlıq və çevik idarəetmə modeli ilə təmin edilir. Bu amillər Azərbaycanın regionda və daha geniş Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində həlledici rol oynayır.

Rəqəmsallaşma mərhələsi: ADY-də texnoloji yeniliklər və idarəetmə modelləri

Azərbaycan Dəmir Yolları QSC təkcə infrastrukturun genişləndirilməsi ilə deyil, həm də rəqəmsal transformasiyaya verdiyi önəmlə ölkənin nəqliyyat sistemində yeni mərhələ başladıb. ADY tərəfindən təqdim edilən “ADY Smart” platforması yük sahiblərinə yük qeydiyyatı, elektron naryad alınması, sənədləşmə və izləmə proseslərini real vaxtda onlayn həyata keçirməyə imkan verir. Bu da sənəd dövriyyəsini və insan resurslarına düşən yükü azaldır.

İnnovativ yanaşmanın başqa bir nümunəsi CIM/SMGS vahid elektron yük qaiməsidir. Bu beynəlxalq səviyyədə tanınmış sənəd bir neçə fərqli daşıma sənədini birləşdirərək gömrük keçidlərini sürətləndirir və məlumatların avtomatik mübadiləsinə şərait yaradır. Eyni zamanda, bu həllər tranzit yüklərin hərəkətində fasilələrin azalmasına, vaxt itkisinə və risklərin minimuma endirilməsinə xidmət edir.

Rəqəmsallaşma ADY-nin sərnişin daşımalarında da özünü göstərir. Mobil tətbiqlər vasitəsilə bilet satışı prosesi optimallaşdırılıb, elektron şəxsiyyət vəsiqəsinin QR kodla təqdim edilməsi və turniketlərdə üztanıma sisteminin tətbiqi kimi yeniliklər sərnişinlərə əlavə rahatlıq yaradıb. Eyni zamanda, müxtəlif marşrutlarda və stansiyalarda sürətli Wi-Fi xidmətinin istifadəyə verilməsi sərnişin məmnuniyyətini artıran sosial texnoloji addımlardan biridir. ADY, həmçinin “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya əməliyyatları”, “Lokomotiv briqadalarının idarə olunması” kimi sistemləri işə salıb. Müasir İT ofisinin fəaliyyəti gənc texniki kadrlar üçün inkişaf mühiti yaratmaqla yanaşı, innovasiyaların davamlı tətbiqini təmin edir.

Azərbaycan dəmir yolları bu gün təkcə keçmişin mirası deyil, gələcəyin strateji infrastrukturudur. Onun əsasında duran uzaqgörən siyasi qərarlar, beynəlxalq layihələrdə fəal iştirak və texnoloji yeniliklər ölkəmizi qlobal nəqliyyat sistemində əsas aktora çevirir. 145 illik inkişaf yolu göstərdi ki, polad yollarla qurulan bu magistral Azərbaycanın iqtisadi sabitliyi və beynəlxalq mövqeyi üçün əvəzolunmaz dayaqlardan biridir.

Azərbaycan Dəmir Yolları QSC-nin və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri