“Azərbaycan Dəmir Yolları” QSC gömrük qaydalarını pozub Məhkəmə qalmaqalı
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan Dəmir Yolları” QSC gömrük qaydalarını pozduğuna görə barəsində cərimə protokolu imzalanıb.
Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, QSC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 490-cı maddəsini pozduğu məlum olub.
Tələbi pozulan maddəyə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Azərbaycan Dəmir Yolları” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 14 yanvar tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















